Bank Of Baku

Azərbaycan taekvondoçusu dünya çempionatının bürünc medalını qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatının bürünc medalını qazanıb
# 30 iyun 2017 11:02 (UTC +04:00)

Taekvondo üzrə Azərbaycan millisi Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatı ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, komandamıza mükafatı Məhəmməd Məmmədov qazandırıb.
 
63 kq çəki dərəcəsində mübarizə aparan “Qəbələ”nin idmançısı 3-cü yerlə kifayətlənib. O, yarımfinalda iranlı Mirhaşim Husseynə məğlub olub.
 
Məmmədov bir gün baş tutan ilk görüşlərdə isə Sərdar Tahirovu (Özbəkistan) 10:3, ardınca Maktar Əl Məhəmməd Diaonu (Seneqal) 26:6 hesabı ilə məğlub edib. Həmyerlimiz 1/8 finalda portuqaliyalı Nuno Kosta üzərində də inamlı qələbə qazanıb – 35:17.
 
O, yarımfinala gedən yolda Bolat İzutdinovla (Rusiya) üz-üzə gəlib. Taekvondoçumuz bu döyüşü də aktivinə yazıb. O, rəqibini 11:7 hesabı ilə məğlub edib.
 
Qeyd edək ki, bu gün Milad Beiqi Harçeqani (80 kq) də yarımfinala yüksəlib. O, final üçün moldovalı Aaron Kukla qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR