Bank Of Baku

Azərbaycan yığması “Böyük Dəbilqə” turnirində medal qazana bilməyib

Azərbaycan yığması “Böyük Dəbilqə” turnirində medal qazana bilməyib
# 11 fevral 2013 06:58 (UTC +04:00)

Bakı – APA. Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 5 idmançı ilə qatılan Azərbaycan yığmasının çıxışı uğursuz alınıb.

 

Belə ki, Tərlan Kərimovla (66 kq) Rüstəm Alimli (81 kq) ilk, Nicat Şıxəlizadə (66 kq), Şahin Qəhrəmanov və Şəhməd Məhəmmədov ( hər ikisi 90 kq) ikinci görüşlərində uduzublar.

 

Qeyd edək ki, “Böyük Dəbilqə”də 54 ölkədən 240 cüdoçu mübarizə aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR