Bank Of Baku

Azərbaycanın taekvondo yığması “Paris Open”də iştirak edəcək

Azərbaycanın taekvondo yığması “Paris Open”də iştirak edəcək
# 27 noyabr 2012 10:59 (UTC +04:00)

 

Bakı-APA. Azərbaycan taekvondoçuları 2012-ci ilin son beynəlxalq turnirinə yollanırlar. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Məmməd Abdullayevin rəhbərlik etdiyi gənclərdən ibarət seçmə komandanın 5 üzvü Fransanın paytaxtında, “Paris Open” açıq beynəlxalq turnirində iştirak edəcək.

 

Dekabrın 1-2-də baş tutacaq yarışda idmançılarımızdan Babək Əjdərli (48 kq), Əli Axundov (55 kq), Ayxan Tağızadə (63 kq), Səid Quliyev (73 kq) və Elnur Məhərrəmov (+73 kq) mübarizə aparacaq.

 

Turnir olimpiya çəki dərəcələrində keçiriləcək. Noyabrın 29-da Parisə yola düşəcək taekvondoçularımız, dekabrın 4-də vətənə dönəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR