Bank Of Baku

Azərbaycan Avropa Gənclərinin Olimpiya Festivalında ilk medalını qazanıb

Azərbaycan Avropa Gənclərinin Olimpiya Festivalında ilk medalını qazanıb
# 29 iyul 2015 09:17 (UTC +04:00)

Bakı - APA. Azərbaycan millisi Avropa Gənclərinin Olimpiya Festivalında ilk medal hesabını açıb. Apasport.az saytının məlumatına görə, Gürcüstanın paytaxtı Tiflisdə keçirilən turnirdə komandamıza uğuru cüdoçularımız qazandırıb.

 

Belə ki, Festivalın ikinci, cüdo yarışlarının birinci günündə idmançılarımız 3 dəfə fəxri kürsüyə yüksəliblər. Həmyerlilərimizdən ən yaxşı nəticəyə Şəfəq Həmidova imza atıb. 40 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz finalda rusiyalı Anastasiya Kuterinanı da məğlub etməklə, Festivalın baş mükafatına sahib olub.

 

Ondan fərqli, həlledici görüşdə məğlub olan Kəramət Hüseynov (55 kq) gümüş medalla kifayətlənib. 50 kq çəki dərəcəsində tatamiyə çıxan İbrahim Bayramlı isə 3-cü yeri tutub.

 

Bu medallar sayəsində millimiz qeyri-rəsmi komanda hesabında İrlandiya ilə 8-ci yerə şərikdi. Hələlik 28 ölkənin mükafat qazandığı yarışda yenə Rusiya hamıdan öndədi. Şimal qonşularımız 2 günə 9 (4-4-1) medal qazanıblar.

 

Qeyd edək ki, avqustun 1-dək davam edəcək yarışa Azərbaycan 36 idmançı ilə qatılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR