Rusiyanın Kazan şəhərində keçirilən XXVII Yay Universiadası davam edir. Apasport.az saytının məlumatına görə, daha 3 ağırlıq qaldıranımız körpücük üzərinə çıxıb.
Kişilər arasında 77 kq çəki dərəcəsində Nicat Rəhimov və Elxan Əliquluzadə, qadınlarda isə 69 kq çəki dərəcəsində Alyona Kiriyenko mübarizə aparıb. İlk olaraq kişilər medal qazanmağa çalışıb.
Birdən qaldırma hərəkətinə Elxan daha əvvəl start verib. O, əvvəlcə, 135 kq-lıq ştanqı başı üzərinə qaldırıb. Ancaq sonra sifariş verdiyi 140 kq-ı iki yanaşmada ram edə bilməyən Əliquluzadə, bu hərəkətdə 14-cü yeri tutub.
Nicat isə daha uğurlu çıxış edib. O, ilk olaraq 147 kq-ı sifariş verib və öhdəsindən gəlib. Növbəti çəki 152 kq olub. Rəhimov bu ştanqın öhdəsindən yalnız iki yanaşmada gələ bilib. Nəticədə Nicat bu hərəkətdə 5-ci yerə sahib olub.
Qadın atletimiz isə birdən qaldırma hərəkətinə 90 kq-la başlayıb. Bu çəkini ustalıqla ram edən Alyona, növbəti yanaşmada 94 kq-ın da öhdəsindən gəlib. Ancaq üçüncü cəhdə 96 kq-a güc gələ bilməyən Kiriyenko, bu hərəkətdə 6-cı yeri tutub.
Təkanla qaldırma hərəkəti idmançılarımız üçün uğursuz alınmayıb. Əliquluzadə əvvəlcə 170, sonra isə 179 kq-ı ram edib. Ancaq o, sonuncu yanaşmasında sifariş verdiyi 185 kq-ı qaldıra bilməyib. Nəticədə Elxan bu hərəkətdə 11-ci olub.
Toplamda isə 314 kq (135 kq + 179 kq) nəticə göstərən Əliquluzadə, yekun sıralamada 12-ci pillədə qərarlaşıb.
Rəhimovun çıxışı isə daha uğursuz alınıb. İdmançımız gözlənilmədən hər üç yanaşmasında ştanqı qaldıra bilməyib. İki yanaşmada 185 kq-a güc gələ bilməyən Rəhimov, üçüncüdə 190 kq sifariş verib. Lakin onu da qaldıra bilməyən Rəhimov həm təkanla qaldırmanı, həm də ümumilikdə yarışı nəticəsiz başa vurub.
Kiriyenko isə təkanla qaldırma hərəkətində əvvəlcə 115 kq-ı ram edib. Daha sonra isə 120 kq sifariş versə də, onu nə ikinci, nə də üçüncü yanaşmada ram edə bilib. Nəticədə Alyona bu hərəkətdə 5-ci olub.
Toplamda 209 kq (94 kq + 115 kq) nəticə göstərən atletimiz yekun sıralamada da 5-ci yeri tutub.
Qeyd edək ki, XXVII Yay Universiadasında cüdoçumuz Məmmədəli Mehdiyev (81) bürünc və kəmər güləşçimiz Ülviyyə Kərimova (52) ilə Kristina Yovu (58) gümüş, atletimiz Firudin Quliyev isə qızıl medal qazanıb.
Azərbaycanlı 3 ağır atlet Universiadada medal qazana bilməyib
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO