Bank Of Baku

Azərbaycanlı dünya çempionu sabah venesuelalı boksçu ilə döyüşəcək

Azərbaycanlı dünya çempionu sabah venesuelalı boksçu ilə döyüşəcək
# 14 yanvar 2015 15:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycan milli komandasının üzvü Cavid Çələbiyev sabah AİBA Pro Boxing (APB) turnirində növbəti döyüşünə çıxacaq. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, dünya çempionumuz bu dəfə venesuelalı Yoni Blanko ilə qarşılaşacaq.

 

23 yaşlı Blanko 2013-cü ildə Şimali Amerika oyunlarının bürünc mükafatçısı olub. Venesuela idmançısı APB-də keçirdiyi hər iki görüşdə rinqi məğlub tərk edib.

 

Çələbiyev isə ilk döyüşdə braziliyalı Robenilson Vieyraya uduzsa da, ikinci qarşılaşmada Türkiyə nümayəndəsi Selcuk Ekeri üstələyib.

 

Bu çəkidə əsas qarşılaşmalarda fransalı Xedafi Djelxir braziliyalı Robenilson Vieyra ilə, argentinalı Alberto Melian isə çinli Jiavei Janqla üz-üzə gələcək.

 

Qeyd edək ki, görüşlər Parisin Marsel Serdan Sarayında keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR