Bank Of Baku

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
# 03 fevral 2015 07:46 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Cüdo Federasiyası fevral ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahını Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu saymaq olar.

 

Belə ki, Hacıağa Hacıəhmədovun yetirmələrindən 5-i ilk “onluq”da yerlərini qoruyublar. Təmsilçilərimizdən yenə ən yaxşı göstərici dünya çempionu Elxan Məmmədova (100 kq) məxsusdu. O, öz çəkisində 4-cü yerdədi.

 

“Onluq”da mövqeyini qoruyan Orxan Səfərov (60 kq) 5-ci, Elmar Qasımov (100 kq) 6-cı, İlqar Müşkiyevlə (60 kq) Rüstəm Orucov (73 kq) 10-cudu.

 

Yığmamızın digər cüdoçularına gəlincə, Tərlan Kərimov (66 kq) 37-ci, Şahin Qəhrəmanov (90 kq) 30-cu, Uşanqi Kokauri (+100 kq) 38-ci və Kifayət Qasımova (57 kq) 25-ci pillədə qalıblar.

 

Cüdoçularımızdan Nicat Şixəlizadə (66 kq) 1 pillə irəlilədiyi halda, Məhəmmədəli Mehdiyev 2, Tural Səfquliyev (hər ikisi 81 kq) 9 rəqibini özündən irəli buraxıb. Onlar müvafiq olaraq, 11-ci, 52-ci və 72-ci yerləri tuturlar.

 

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR