Bank Of Baku

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinetti istefaya göndərilib

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinetti istefaya göndərilib
# 16 fevral 2013 08:57 (UTC +04:00)

 

Bakı – APA. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, Martinettinin istefaya göndərildiyini Rusiya İdman Güləşi Federasiyalarının prezidenti Mixail Mamiaşvili açıqlayıb: “FİLA-nın Bürosunun iclasında Rafael Martinnettiyə etimadsızlıqla bağlı qərar qəbul edilib və o, istefaya göndərilib. Martinetti gedişinə Büro üzvlərinin çoxu səs verib. Yeni prezidentin adı bu günlərdə məlum olacaq”.

 

FİLA-nın Bürosunda 22 şəxs yer alıb. Onlardan biri Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevdir. Büro iclasında N. Əliyev də iştirak edir.

 

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınan 25 əsas idman növü arasında güləşin dəstəklənməməsi barədə qərar qəbul edib. Güləş növü mövqeyini qorumaq üçün 7 idman növü – beysbol (softbol), karate, rolikli idman, skvoş, idman qayayadırmanması, veykbordinq və uşu ilə mübarizədən qalib ayrılmalıdır. Bu növlərin təqdimatı mayda İOC İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərindəki iclasında olacaq.

 

Yekun qərar isə sentyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək İOC-un sessiyasında veriləcək.

 

Xatırladaq ki, R. Martinetti 2002-ci ildən FİLA-ya rəhbərlik edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR