Bank Of Baku

Boks üzrə Azərbaycan yığması Kliçko turnirində 5 medal qazanıb

Boks üzrə Azərbaycan yığması Kliçko turnirində 5 medal qazanıb
# 24 iyun 2013 09:26 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Berdıçev şəhərində Kliçko qardaşlarının şərəfinə gənclər arasında ənənəvi boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca 14-cü dəfə keçirilən yarışda Azərbaycan milli komandası 1 gümüş və 4 bürünc medalın sahibi olub.

 

91 kq çəki dərəcəsində mübarizə aparan Sadıq Səmədov finala vəsiqə qazansa da, zədələndiyindən Qazaxıstan təmsilçisi Maqzan Bazarbaya qarşı döyüşə bilməyib. 81 kq çəki dərəcəsində hər 2 bürünc medal Azərbaycana gəlib. Rahil Məmmədli və Emil Mövsümzadə turniri 3-cü yerdə başa vurublar. Hidayət Musayev də (69 kq) bürünc medalla kifayətlənməli olub. Superağır çəki dərəcəsində gücünü sınayan Məhəmmədəli Tahirov da yarımfinalda uduzaraq, 3-cü yeri tutub.

 

Beləliklə, millimiz turnirdə 1 gümüş və 4 bürünc medalla ümumkomanda hesabında 6-cı yeri tutub. Ukrayna 1-ci, ABŞ komandası isə 2-ci nəticə göstərib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR