Bank Of Baku

Boks üzrə Azərbaycan yığması Qazaxıstana yollanıb

Boks üzrə Azərbaycan yığması Qazaxıstana yollanıb
# 06 fevral 2013 14:28 (UTC +04:00)

Bakı-APA. Boks üzrə Azərbaycan millisi təlim-məşq toplanışında və beynəlxalq turnirdə iştirak etmək üçün Qazaxıstana yollanıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmamız fevralın 12-dək yerli komanda ilə birgə hazırlıq keçəcək.

 

Fevralın 14-də isə 4 komanda – Qazaxıstan, Azərbaycan, Özbəkistan və Ukraynanın iştirak edəcəyi beynəlxalq turnirə start veriləcək. Yarış fevralın 17-dək davam edəcək. Döyüşlər hər gün yerli vaxtla saat 14:00-da və 17-də Astana şəhərindəki “Daulet” idman kompleksində keçiriləcək.

 

Komandamızın heyəti

49 kq: Münasib Məmmədov

52 kq: Tural Əhmədov, Əbdürrəhman Şirinov

56 kq: Samir Məmmədov, İlkin Ağayev, Cavid Çələbiyev

60 kq: Şaban Şahpələngov, Elvin İsayev

64 kq: Heybətulla Hacəliyev

69 kq: Tamerlan Abdullayev, Bəhruz Babayev

75 kq: Soltan Migitinov, Emil Əhmədov

81 kq: Rauf Rəhimov

91 kq: Teymur Məmmədov

91+kq: Kamran Mehdiyev, Əsxab Abdulxaliqov, Aleksandr Babiç

 

Qeyd edək ki, heyətə cəlb olunanlardan Babiç baş məşqçi Vladimir Zolotaryovun tövsiyyəsi ilə Ukraynadan dəvət olunub. 18 yaşlı gənc boksçunun təlim-məşq toplanışlarında Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Kamran Mehdiyev kimi boksçulara sparinq-rəqib olması nəzərdə tutulub. Ötən il peşəkar boksçu Vladimir Kliçko Darek Çisora ilə döyüşə hazırlaşarkən, Kiyevdə bir müddət Babiçlə məşq edib. O, Kliçko kimi millimizin baş məşqçisi Vladimir Zolotaryovun yetirməsidir.

 

Dünya çempionu Məhəmmədrəsul Məcidov, Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə, Abdulqadir Abdullayev “Baku Fires” klubunun heyətində olduqlarından Qazaxıstana getməyiblər. Avropa çempionu Salman Əlizadə isə xəstəlik səbəbindən toplanışda iştirak etmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR