Bank Of Baku

Boksçumuz Polşada çempion oldu

Boksçumuz Polşada çempion oldu
# 08 sentyabr 2014 10:44 (UTC +04:00)

Bakı – APA. Polşanın Qlivitse şəhərində qadın boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 100-dək idmançının çıxış etdiyi yarışda millimizin üzvü, 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova 1-ci yerə layiq görülüb.

 

O, finalda çexiyalı Lenka Kardovanı 3:0 hesabı ilə məğlub edib.

 

Əlimərdanova həm də turnirin ən texnikalı boksçusu üçün ayrılmış xüsusi mükafata da layiq görülüb. Digər boksçumuz Yana Alekseva isə yarımfinalda uduzaraq, 3-cü yerlə kifayətlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR