Bank Of Baku

Cüdo üzrə Azərbaycan millilərinə yeni baş məşqçi təyin edilib

Cüdo üzrə Azərbaycan millilərinə yeni baş məşqçi təyin edilib
# 03 noyabr 2017 14:19 (UTC +04:00)

Cüdo üzrə Azərbaycan millilərinə yeni baş məşqçi təyin edilib. Bu barədə məlumatı apasport.az saytın Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov verib.

 

O bildirib ki, kişilərdən ibarət Azərbaycan millisi ukraynalı Ruslan Maşurenkoya həvalə edilib. Sidney-2000-nin üçüncüsü və Avropa çempionatının ikiqat bürünc mükafatçısı olan 46 yaşlı mütəxəssisə avstriyalı Peter Zayzenbaherin gedişindən sonra yığmamızda baş məşqçi əvəzi işləyən Fərhad Məmmədov köməklik edəcək.

 

Qadınlardan ibarət yığmamızda isə Elçin İsmayılovu Natiq Bağırov əvəzləyib. Sambo üzrə Avropa, cüdo üzrə ikiqat dünya və dördqat Avropa çempionu olan 53 yaşlı həmyerlimiz bu təyinatadək kişi cüdoçulardan ibarət Belarus millisində böyük məşqçi kimi fəaliyyət göstərirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR