Bank Of Baku

Cüdoçularımız 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanıb - FOTOSESSİYA

Cüdoçularımız 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanıb - <span style="color: red;">FOTOSESSİYA
# 09 avqust 2013 22:40 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Mayami şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatının ilk günündə cüdoçularımız uğurlu çıxış edib. Azərbaycan Cüdo Federasiyasından APA-ya verilən məlumata görə,  idmançılarımız 1 qızıl və 1 gümüş medal qaznıb. 

 

Komandamıza ilk qızıl medalı 50 kq çəki dərəcəsində mübarizə aparan Natiq Qurbanlı qazandırıb. Qızlar arasında isə 40 kq Leyla Əliyeva fərqlənib. O yalnız Yaponiya təmsilçisindən geri qalaraq ikinci olub. 
 

Yeniyetmə cüdoçularımız ilk dəfədir ki, bu çempionatda medal qazanır. Artıq iki cüdoçumuz 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanıb. 

 

Qeyd edək ki, dünyanın 91 ölkəsindən 608 yeniyetmə cüdoçu mübarizə apardığı yarış avqustun 11-də başa çatacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR