Bank Of Baku

Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
# 27 avqust 2013 08:23 (UTC +04:00)

Bakı – APA. Braziliyanın Rio-de-Janeyro şəhərində cüdo üzrə dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, mundialın ilk günündə tatami üzərinə 2 idmançımız çıxıb. Onlardan yalnız biri çıxışını medalla başa vurub.


Çəkisi 60 kq-a kimi olan kişilərin yarışında İlqar Müşkiyev ilk görüşündə ciddi sınaq qarşısında olub. Belə ki, həmyerlimizi 1/16 finala gedən yolda erməni Ovanes Davtyana qalib gəlib. Növbəti mərhələdə Ernan Birbrierlə (Argentina) üz-üzə gələn İlqar bu dəfə ipponla qələbə qazanıb. Təəssüf ki, Müşkiyev yarımfinal uğrunda görüşdə qazaxıstanlı Askat Telmanovla bacarmayıb və özü ippona düşüb. 

Püşkdə bəxti gətirməyən Orxan Səfərov isə 1/32 finalda dünyanın ən güclülərindən olan rusiyalı Beslan Mudranovla qarşılaşıb. Bu sınaqdan vazari xalı ilə qalib ayrılan Orxan daha sonra Nikolas Kossor (ABŞ) və Artyom Arsanskini (İsrail) ippona salıb və 1/4 finala yüksəlib. 

Təəssüf ki, bu mərhələdə koreyalı rəqibinə uduzan Səfərov qızıl medal qazanmaq şansını itirib. Bürünc medal uğrunda təsəlliverici görüşə qatılan idmançımız Yeldos Smetovala (Qazaxıstan) görüşdə yuko xalı ilə qələbə qazanıb. Ardınca Amiran Papinaşvilini (Gürcüstan) də məğlub edən həmyerlimiz bürünc medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR