Bank Of Baku

Daha 2 boksçumuz Avropa çempionatında mübarizəni dayandırıb

Daha 2 boksçumuz Avropa çempionatında mübarizəni dayandırıb
# 04 iyun 2014 14:06 (UTC +04:00)

Bakı – APA. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında daha 2 boksçumuz mübarizəni dayandırıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 57 kq çəki dərəcəsində çıxış edən Məhsəti Həmzəyeva bolqarıstanlı Svetlana Stanevaya uduzub.

 

81 kq çəki dərəcəsində gücünü sınayan Aynur Rzayeva isə Macarıstan təmsilçisi Petra Szatmari ilə görüşdən məğlub ayrılıb – 0:3.

 

Boksçularımızdan üçü isə Avropa çempionatında mübarizəni davam etdirir. Anaxanım Ağayeva bu gün 1/4 final mərhələsində fransalı Vassila Lxadiri ilə qarşılaşacaq. Yelena Vıstropova (69 kq) və Leyla Cavadova isə (75 kq) iyunun 6-da keçiriləcək yarımfinalda rinqə çıxacaqlar.

 

Vıstropova rumıniyalı Mikaela Kristiana, Cavadova isə almaniyalı Sarah Şeuriçlə üz-üzə gələcək. Qitə çempionatına iyunun 7-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR