Bank Of Baku

FHN-in əsgəri Azərbaycan çempionu olub

FHN-in əsgəri Azərbaycan çempionu olub
# 05 iyul 2017 13:31 (UTC +04:00)

Bakı şəhəri Sərhədçi Olimpiya Mərkəzində 23 yaşa qədər gənclər arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib.

 

APA-nın məlumatına görə, çempionata 36 komanda, 400 idmançı qatılıb.

 

Yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin əsgəri Cəlil Şükürov + 100 kq çəki dərəcəsində təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.

 

Cəlil Şükürovun məşqçiləri Taleh Sadıqov və Rasim Babayev olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR