Bank Of Baku

FHN-in İdman-sağlamlıq klubu respublika çempionatında uğurla iştirak edib

FHN-in İdman-sağlamlıq klubu respublika çempionatında uğurla iştirak edib
# 22 aprel 2017 08:22 (UTC +04:00)

Sumqayit Olimpiya Kompleksində Kempo üzrə VII Respublika çempionati keçirilib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubundan APA-ya verilən məlumata görə, çempionatda 12 komandadan 200-ə yaxın idmançı iştirak edib.

 

FHN-in İdman-sağlamlıq klubunu təmsil edən 80 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Sadıqzadə II yerə, 100 kq çəki dərəcəsində yarışa qatılan Emil Hüseynli III yerə layiq görülüb.

 

FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Fizuli Musayev qalib gələn idmancıları qəbul edərək təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 

İdmançıların məşqçi müəllimi İdman-sağlamlıq klubunun əməkdaşı Rasim Babayevdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR