Bakı – APA. Fevralın 4-5-də Şağan Olimpiya mərkəzində Cüdo üzrə gənclər arasında Azərbaycan çempionatı keçirilib.
APA-nın məlumatına görə, çempionata qatılan 36 komandada 315 idmançı gücünü sınayıb.
Yarışda Fövqəladə Hallar Nazirliyinin (FHN) komandası da iştirak edib. 73 kq çəkidə qurumu təmsil edən Ucal Abdullayev çempionatın bürünc mükafatçısı olub.
Qeyd edək ki, çempionat Olimpiya sistemi ilə keçirilib. Yarışın baş hakimi Zair Məmmədov, U. Abdullayevin məşqçisi Taleh Sadıqov olub.