Bank Of Baku

FHN əməkdaşları cüdo üzrə Bakı çempionatında uğurla çıxış edib

FHN əməkdaşları cüdo üzrə Bakı çempionatında uğurla çıxış edib
# 14 noyabr 2016 11:37 (UTC +04:00)

"Sərhədçi" Olimpiya Mərkəzində noyabrın 12-13-də cüdo üzrə kişilər və qadınlar arasında Bakı çempionatı keçirilib. Çempionatda 34 komanda və bu komandadan 214 idmançı birincilik uğrunda mübarizə aparıb. 

 

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunu təmsil edən Orxan Əsgərzadə 73 kq çəki dərəcəsində 2-ci yerə, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Zaur Tağıyev isə 100 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.

 

Hər iki idmançının məşqçisi Taleh Sadıqov və Rasim Babayevdir.

 

Yarışın baş hakimi Mamed Xudiyev olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR