Bank Of Baku

Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri cüdo üzrə çempionatda qalib gəlib

Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri cüdo üzrə çempionatda qalib gəlib
# 08 yanvar 2015 10:28 (UTC +04:00)

Bakı - APA. Xəzər rayonundakı Mərdəkan Şağan Olimpiya Mərkəzində cüdo üzrə yeniyetmələr arasında Açıq Bakı çempionatı keçirilib.

 

APA-nın xəbərinə görə, çempionatda 47 komanda iştirak edib. Yarışda Fövqəladə Hallar Nazirliyinin komandası da iştirak edib.

 

Çempionat qızlar arasında dairəvi sistemlə, oğlanlar arasında isə Olimpiya sistemi ilə, baş hakim İbad Şahbanovun rəhbərliyi ilə keçirilib. Məşqçi isə Taleh Sadıqov olub. Yarışın nəticələrinə görə, Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri aşağıdakı yerlər üzrə qalib hesab edilib:

 

36 kq çəkidə 1-ci yer Kərimova Vüsalə

 

44 kq çəkidə 1-ci yer Məmmədova Hülya

 

52 kq çəkidə 2-ci yer Cəfərova Əzizə, 3-cü yer Kərimova Əfsanə.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR