Bank Of Baku

İki boksçumuz Avropa çempionatında finala yüksəlib

İki boksçumuz Avropa çempionatında finala yüksəlib
# 18 dekabr 2012 12:36 (UTC +04:00)

 

Bakı – APA. Rusiyanın Kalininqrad şəhərində keçirilən 19-22 yaşlı boksçuların Avropa çempionatında finalçıların adları məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumatına görə, Azərbaycan millisinin 2 üzvü – Salman Əlizadə (52 kq) və Elvin İsayev (60 kq) həlledici döyüşə vəsiqə qazanıblar.

 

Avropa çempionu Əlizadə yarımfinalda Almaniya təmsilçisi Hamza Toubanı 19:15 hesabı ilə məğlub edib. Bununla da boksçumuz Almaniya təmsilçisindən revanş almış olub.

 

Salman Toubaya bu il Trabzonda keçirilmiş Avropa Olimpiya təsnifat turnirində uduzmuşdu. Millimizin üzvü finalda rusiyalı Vasili Vetkinlə üz-üzə gələcək.

 

Elvin İsayev də yarımfinal döyüşünü qələbə ilə başa vurub. Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı finala gedən yolda litvalı Edqaras Skurdiasla qarşılaşıb. İsayev çətinlik çəkmədən qələbə qazanıb – 15:8. Həmyerlimiz finalda rusiyalı Maksim Şmıqlyovla görüşəcək.

 

Digər 2 boksçumuz – Cavid Çələbiyev (56 kq) və Heybətulla Hacəliyev isə (64 kq) yarımfinalda uduzaraq, bürünc medalla kifayətləniblər.

 

Beləliklə, milli komandamız 19-22 yaşlıların Avropa çempionatını 4 medalla başa vurur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR