Bank Of Baku

Kırkpınar ağası: “Ağa dövlətə yardım edər, dövlət ağaya yox” - MÜSAHİBƏ

Kırkpınar ağası: “Ağa dövlətə yardım edər, dövlət ağaya yox” - <span style="color: red;">MÜSAHİBƏ
# 27 iyul 2015 12:16 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Ədirnə şəhərinin Kırkpınar qəsəbəsində 654-cüsü keçirilən yağlı güləş turnirində 3-cü dəfə “Kırkpınar ağası” titulunu qazanmış Seyfəddin Səlimin APA-ya müsahibəsi

 

- “Ağalıq” nə deməkdir?

 

- İlk 600 il ərzində ağa yarışı izləməyə gələn qonaqları yedirib-içirir, qonaqların qalacağı yerin və pəhləvanların pulunu verirdi. Son 50 ildə isə ağa yenə gələnlərə yemək-içmək verir, yatmaları üçün yer təşkil edir. Ancaq indi bələdiyyə də ona yardım edir. Qabaqlar bu işləri sadəcə ağa görürdü, indi bələdiyyə və dövlət ortaq bu işləri həyata keçirir. Ağalıq budur, yəni daima qonaq-qaraya xidmətlər göstərməkdir.

 

- Şiz haradan maddi dəstək alırsınız?

 

- İşin mənim payıma düşən qismini öz imkanlarımla həyata keçirirəm.

 

- Öz imkanlarınız buna kifayət edirmi? Bələdiyyə və dövlətin dəstək vermədiyi vaxtlarda ağalar bu işləri hansı maddi imkanlarla həyata keçirirdilər?

 

- Qabaqlar ağa bir xalça və ya kilimin üstündə otururdu. Gələn o biri ağalar ona yardım edərdilər, xalçanın və ya kilimin altına pul qoyardılar. Ağalardan bəziləri qoç, bəziləri öküz gətirirdi, bəziləri qızıl verərdi. Qurtuluş savaşımızdan sonra burda 5-6 il ağalıq olmadı. Ondan sonra Qızıl Ay təşkilatı və yerli bələdiyyə buna dəstək verdi. İndi isə ağa ilə bələdiyyə bu işləri birlikdə yerinə yetirir. Qurtuluş savaşımıza qədər bu işi ağalar görürdü. Ağaya da o biri ağalar dəstək verirdilər. Türkiyədə 200 ağa var. Mən hazırda o 200 ağanın ağasıyam. O vaxtlar olsaydı, onlar gəlib mənim kilimimin altına pul qoyar və ya qoç, öküz, dana gətirərdilər.

 

- Bunları sizdən əvvəlki ağalar edirdilər, elə deyilmi?

 

-  Bəli. O vaxt biz dünyaya gəlməmişdik.

 

- Bu qədər pəhləvanın və tamaşaçının xərcini ödəmək üçün böyük maddi vəsait lazım deyilmi?

 

- Əslində sizə elə gəlir ki, xərc böyükdür. Amma bu işlərə çox böyük vəsait tələb olunmur. Ağa nə deməkdir? Onsuz da ağa - varlı, pulu olan adam deməkdir. Bu işi pulu olan adamlar görürdü. Bu iş bizim babalarımızın idmanı olduğuna görə, bunu Allah yolunda yerinə yetirirdilər. Gələn-gedən, kasıb-kusub burada yeyib-içərdi. O vaxt güləş müsabiqələri 4-5 gün davam edərdi. Onda bal sistemi yox idi, indi güləşlər bal sistemiylə təşkil olunur. O vaxt qalib gələnə qədər davam edirdi. Siz bizim Kırkpınarın yaranmasını bilirsinizmi? 40 igid güləşir, onlardan ikisi ölür. Yəni güləş bitmir, bu, bitməyən güləşdir. Ona görə davam edir.

 

- Boynunuzdan aşırıb belinizə bağladınız  bu enli kəmər qızıldandırmı?

 

- Bu kəmər qızıldır. Osmanlı tarixini xatırladan bir kəmərdir.

 

- Təsbehinizin mənası nədir?

 

- Bu, ağa təsbehidir.

 

- Bu kəmər ömür boyu sizdə qalacaqmı?

 

- Bu, artıq mənimdir. 3 il dalbadal ağalıq edəndən sonra bu kəməri sənə verirlər, sən də burda daima var olacaq  bir bina tikdirirsən. Mən qadınlar üçün sığınacaq inşa etdirdim. Məktəb, məscid və ya yataqxana da tikdirmək olar. Əsas odur ki, daimi qalacaq tikili olsun. 3 il dalbadal ağa olursan, Ədirnədə həmişə yaşayacaq olan bir bina tikdirirsən, ondan sonra bu qızıl kəmər həmişəlik sənin olur.

 

- Siz Ədirnəlisinizmi?

 

- Xeyir Trabzondanam.

 

- Amma qadınlar üçün sığınacağı Ədirnədə tikdirdimisiniz.

 

- Ədirnə mənim üçün gözəl bir yerdir. Burda ağa olmaq üçün ədirnəli olmaq şərt deyil. Bu işi sevmək lazımdır. Ayrı-seçkilik etmək olmaz, buraya gələn hər kəs güləş  üçün gəlib, çoxu da kasıbdır.

 

- Siz Trabzonda yaşayırsınızmı?

 

- İstanbulda yaşayıram. Buraya çox gəlib-gedirəm. Bələdiyyə, valilik, polis idarəsi məni bütün tədbirlərinə dəvət edir.

 

- Dövlətdən maddi dəstək alırsınızmı?

 

- Dövlətin mənə heç bir dəstəyi yoxdur. Mən dövlətlə iş görmərəm, tender almaram.

 

- Naim Süleymanoğlunu baş nazirin baş müşaviri təyin etmişdilər, 1000 ədəd Cümhuriyyət qızılı vermişdilər, yüksək maaş alır. Sizə vermədilərmi?

 

- Mənim elə şeyə ehtiyacım yoxdur. Bilirsən ki, Naim Süleymanoğlu ağırlıq qaldırandır, mən isə ağayam. Ağa dövlətə yardım edər, dövlətdən niyə yardım alsın?

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR