Bank Of Baku

Milli komandamıza iranlı güləşçi cəlb olunur

Milli komandamıza iranlı güləşçi cəlb olunur
# 11 yanvar 2013 09:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın yunan-Roma üzrə güləş yığmasına yeni legioner cəlb olunacaq. Apasport.az saytının məlumatına görə, bu haqda jurnalistlərə millimizin yeni baş məşqçisi Cəmşid Xeyrabadi məlumat verib.

 

O bildirib ki, millidə ağır çəkidə çatışmazlıq var: “Bunu aradan qaldırmaq üçün də milliyə yeni legioner gətirəcəyik. Ancaq onun adını açıqlamayacağam. Buna səbəb tərəflər arasında danışıqların getməyidir”.

 

İranlı mütəxəssis həmin güləşçinin həmyerlisi olduğunu açıqlayıb: “O, dünya çempionudur, özünü sübut etmiş, çox perspektivli güləşçidir. İnanıram ki, Azərbaycan yığmasına faydalı olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR