Bakı - APA. Bakı İdman Sarayında fevralın 9-13-də yeniyetmər və gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubundan APA-ya verilən məlumata görə, çempionata 40 komanda, 364 iştirakçı qatılıb.
FHN-i təmsil edən Mülki Müdafiə Qoşunlarının əsgərləri Nəriman Baxşıyev 90 kq, Şamil Fədiyev isə 66 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, yarışın baş hakimi Nazim Umbayev, FHN-nin İdman Sağlamlıq Klubunun məşqçiləri Rasim Babayev və Taleh Sadıqov olub.