Bank Of Baku

Qadın boksçularımız beynəlxalq turnirdə 5 medal qazanıblar

Qadın boksçularımız beynəlxalq turnirdə 5 medal qazanıblar
# 12 dekabr 2013 12:14 (UTC +04:00)

Bakı – APA. Qazaxıstanın Almatı şəhərində Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandası yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub. 


81 kq çəki dərəcəsində mübarizə aparan Aynur Rzayevə final görüşündə qalib gələrək, turnirin baş mükafatına yiyələnib. Yana Alekseyeva isə (60 kq) həlledici görüşdə Astana boksçusu Aleksandra Ritkovskayaya uduzaraq, gümüş medala sahib olub. 

Qeyd edək ki, Əzizə Abbasova (48 kq), Leyla Cavadova (75 kq) və Anna Əlimardanova (51 kq) bürünc medalla kifayətləniblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR