Bank Of Baku

Salih Bora: “Azərbaycan yığması Tiflisdə ən azı 3 medal qazanacaq”

Salih Bora: “Azərbaycan yığması Tiflisdə ən azı 3 medal qazanacaq”
# 13 mart 2013 10:37 (UTC +04:00)

Bakı – APA. “Azərbaycan millisindən ayrıldıqdan sonra işsizəm. Sözün düzü, real təklif yoxdur. Əgər hansısa klub və ya milli xidmətimdə maraqlı olarsa danışıqlara hazıram”. Bunu apasport.az saytının İstanbula ezam olunmuş əməkdaşına açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Salih Bora deyib.

 

London Yay Olimpiya Oyunlarından sonra millimizdən ayrılan təcrübəli mütəxəssis artıq istirahətini bitirib. Boranın sözlərinə görə, dincəldikdən sonra təklif gözləməyə başlayıb. Komandamızdan problemlə ayrılmadığını bildirən türkiyəli çalışdırıcı yeni məşqçilər korpusuna uğurlar arzulayıb: “Sadəcə, məsləhət belə oldu. Yığmanızda yeni baş məşqçinin gəlişi barədə xəbərim də var. Bilirəm ki, iranlı mütəxəssislər çalışdıracaqlar. Onlara yeni işlərində uğurlar və nailiyyətlər arzulayıram”.

 

Bora martın 19-da Gürcüstanın paytaxtı Tiflisdə start götürəcək Avropa çempionatı ilə bağlı proqnoz da verib: “Yığmanızda kifayət qədər təcrübəli pəhləvanlar var. Sözün düzü, Tiflisə yollanacaq heyət barədə geniş məlumatım yoxdur. Ancaq komandanızın Gürcüstanda ən azı 3 medal qazanacağına inanıram”.

 

Qeyd edək ki, Boranın gedişindən sonra millimiz iranlı Cəmşid Xeyrabadinin başçılıq etdiyi məşqçilər korpusuna həvalə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR