Bank Of Baku

Vitali Kliçko dünya çempionu titulundan imtina edib

Vitali Kliçko dünya çempionu titulundan imtina edib
# 17 dekabr 2013 04:13 (UTC +04:00)

Bakı-APA. WBC versiyası üzrə dünya çempionu olan Vitali Kliçko öz titulundan imtina edib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ukraynalı boksçu bu qərarını özünü bütövlükdə siyasətə həsr etmək istəyi ilə əlaqələndirib.

 

Qeyd edək ki, Kliçko Ukraynada davam edən kütləvi etiraz aksiyalarında əsas sima olaraq qalır.

 

Ümumdünya Boks Şurası Kliçkonun qərarına hörmətlə yanaşdığını və boksçunun istənilən zaman karyerasını davam etdirə biləcəyini bəyan edib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR