Bank Of Baku

Vladimir Kiçko britaniyalı boksçuya uduzaraq dünya çempionu titulunu əldən verib

Vladimir Kiçko britaniyalı boksçuya uduzaraq dünya çempionu titulunu əldən verib
# 29 noyabr 2015 11:23 (UTC +04:00)

Bakı – APA. Britaniyalı boksçu Tayson Füri ukraynalı Bladimir Kliçkonu məğlub edərək İBF, İBO, WBO və WBA versiyaları üzrə dünya çempionu tituluna sahib çıxıb.

 

APA-nın məlumatına görə, döyüş noyabrın 29-da gecə Düsseldorfda keçirilib.

 

Britaniyalı rəqibinə xal hesabı ilə qalib gəlib. 12 raundun yekununda hakimlər üstünlüyü T. Füriyə veriblər. Hakimlərin rəyi belə olub: 115-112, 115-112, 116-111 T. Fürinin xeyrinə.

 

39 yaşlı Kliçko ilə 27 yaşlı Füri arasında görüş oktyabrın 24-ə planlaşdırılsa da, ukraynalının zədələnməsi səbəbindən döyüşün vaxtı dəyişdirilmişdi.

 

V. Kliçko T. Fürinin üstün olduğunu qeyd edərək, revanş matçına ümid etdiyini bildirib.

 

Ukraynalı döyüşçünün hesabında 68 döyüşdə 64 qələbə (53-ü nokautla) var. Füri isə indiyədək keçirdiyi 25 qarşılaşmanın hamısında qalib gəlib (18-i nokautla).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR