Bank Of Baku

Vladimir Kliçkonun Tayson Fyuri ilə revanş döyüşünə çıxacağı tarix dəqiqləşib

Vladimir Kliçkonun Tayson Fyuri ilə revanş döyüşünə çıxacağı tarix dəqiqləşib
# 10 aprel 2016 12:28 (UTC +04:00)

Bakı-APA. Ukraynalı boksçu Vladimir Kliçko Üümdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə ağır çəkidə çempion adı uğrunda  britaniyalı boksçu Tayson Fyuri ilə iyulun 9-da Mançesterdə revanş döyüşünə çıxacağını təsdiq edib.

 

APA-nın məlumatına görə, bu barədə V. Kliçkonun rəsmi saytında məlumat yerləşdirilib.

 

Bu görüş Böyük Britaniyanın boks telekanalı BoxNationTV-də yayımlanacaq. V. Kliçko qələbə qazanmaq üçün səbirsizliklə rinqə çıxmağı gözlədiyini bildirib. Döyüş 21 min tamaşaçı tutumu olan “Mançester-Arena” açıq stadionunda keçiriləcək.

 

Qeyd edək ki, bundan əvvəl T. Fyurinin əmisi və məşqçisi Piter Fyuri “Tvitter” səhifəsində revanş görüşünün iyulun 9-da Mançesterdə keçiriləcəyini yazıb.  Ancaq sonradan V. Kliçkonun meneceri Bernd Bent  bu informasiyanı təsdiqləyə bilməyəcəyini və tərəflərin hələ müəyyən detalları dəqiqləşdirdiyini bildirmişdi.

 

Xatırladaq ki, 2015-ci ilin noyabrında Almaniyada təşkil edilən 12 raundluq döyüşdə T. Fyuri V. Kliçkoya xal hesabı ilə qalib gəlib və Beynəlxalq Boks Federasiyası (İBF),  WBO və WBA versiyaları üzrə ağır çəkidə dünya çempionu olub. Ancaq britaniyalı boksçu sonradan titulunu qorumaq üçün vacib görüşdən imtina etməsi səbəbindən  İBF titulundan məhrum edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR