Bakı - APA. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev 15 oktyabr 2015-ci il tarixində saat 12:00-da “Orion” Kikboksinq İdman Mərkəzinin açılışını edəcək.
Bu barədə AFK prezidenti məlumat verib. Onun sözlərinə görə, artıq belə açılışlar ənənə halını alacaq və qarşıda bir sıra idman mərkəzlərinin açılışları baş tutacaq. “Orion” İdman Mərkəzində tanınmış idmançılar Eduard Məmmədov və Müşfiq Hüseynli tərəfindən kikboksinq dərsləri keçiriləcək.
“Orian” Kikboksinq İdman Mərkəzi 9-cu mikrorayon ərazisində, “Tərlan” şadlıq evinin yanında yerləşir.