Bank Of Baku

Yığmamız Avropa çempionatının hazırlığına başlayır

Yığmamız Avropa çempionatının hazırlığına başlayır
# 24 may 2017 15:04 (UTC +04:00)

Sabah kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına start veriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, hazırlıq iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatına hesablanıb.

 

Boks Mərkəzində gündə 2 dəfə olacaq məşqlərdə 25 boksçu iştirak edəcək. Bakıda başlayacaq toplanış iyunun 3-də yekunlaşacaq. Ardınca millinin heyəti dəqiqləşəcək və komanda iyunun 4-də Ukraynaya yola düşəcək.

 

Boksçularımız Avropa çempionatına hazırlığı yarışa ev sahibliyi edəcək Xarkovda başa vuracaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR