Heydər Əliyev Mərkəzinin parkında növbəti həftəsonu tədbiri keçirilib.
Mərkəzdən APA-ya verilən məlumata görə, bu dəfə təşkil olunan kikboksinq üzrə dərsi 5 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Zabit Səmədov keçib.
Məşğələdə 5-16 yaş arasında olan şəxslər iştirak edib.
İki saata yaxın davam edən dərsdə Z. Səmədov iştirakçılara fərdi tövsiyyələr verib.