Bank Of Baku

Zülfiyyə Hüseynova Avropa çempionu oldu

Zülfiyyə Hüseynova Avropa çempionu oldu
# 14 iyun 2013 12:35 (UTC +04:00)

Bakı – APA. Fransanın paytaxtı Parisdə usta cüdoçular arasında Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan yığması üçün uğurlu alınıb.


Belə ki, veteran idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Parisdə fəxri kürsünün ən yüksək pilləsinə Zaur Paşayev (100 kq) və Zülfiyyə Hüseynova (78 kq) qalxıblar. Xanım cüdoçumuz bütün görüşlərini ipponla bitirib. Komandamızın heyətində “3-cülük” Elçin Mayılovun (60 kq) qismətinə düşüb. 

Digər idmançılarımızdan Vüqar Budaqov (66 kq) 5-ci, Vüsal Cəfərov (90 kq), Rəsul Səlimov, Rəsul Sultanov (hər ikisi 100 kq) və Zaur Məcidov (+100 kq) 7-ci olublar. 

Qeyd edək ki, yarış iyunun 15-də başa çatacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR