ABŞ-da naməlum şəxs xəstəxanada odlu silahdan atəş açıb

ABŞ-da naməlum şəxs xəstəxanada odlu silahdan atəş açıb
# 20 dekabr 2017 23:01 (UTC +04:00)

ABŞ-ın Sinsinatti şəhərində (Ohayo ştatı) naməlum şəxs xəstəxanada odlu silahdan atəş açıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin hədəfində həmçinin polis əməkdaşı olub. Asayiş keşikçisinin xəsarət almadığı bildirilir.

Məlumata görə, naməlum şəxs atəş açandan sonra özünü vurub. Hadisə ruhi xəstəliklərdən əziyyət çəkən şəxslərə təcili yardım göstərən şöbədə qeydə alınıb. İnsidentin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR