ADA Universitetinin prorektoru MQİMO-nun medalı ilə təltif olunub

ADA Universitetinin prorektoru MQİMO-nun medalı ilə təltif olunub
# 24 fevral 2018 13:43 (UTC +04:00)

Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) rektoru Anatoli Torkunov ADA Universitetinin prorektoru Fariz İsmayılzadəni medalla təltif edib.

APA-nın xəbərinə görə, medal F. İsmayılzadənin universitetlərarası münasibətlərin möhkəmlənməsi və qarşılıqlı əməkdaşlığın inkişafında rolu ilə əlaqədar verilib.

Qeyd edək ki, ADA Universiteti 2007-ci ildən MQİMO ilə əməkdaşlıq edir, birgə tədris proqramları, yay məktəbləri, tələbə və müəllim mübadiləsi həyata keçirir. Medal MQİMO-nun nümayəndə heyəti bu günlərdə Bakıda olarkən təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR