BANM-də II Elm Festivalı çərçivəsində tədbir keçirilib

BANM-də II Elm Festivalı çərçivəsində tədbir keçirilib
# 01 noyabr 2016 07:39 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində (BANM) II Azərbaycan Elm Festivalı çərçivəsində elmi-ədəbi-bədii tədbir keçirilib.

BANM-dən APA-ya bildirilib ki, rektor Elmar Qasımov çıxış edərək, Heydər Əliyevin elmin inkişafına verdiyi dəstəkdən danışıb, prezident İlham Əliyevin də hər zaman elmin və elm adamlarının yanında olduğunu xatırladıb və qeyd edib ki, bu festival elmin inkişafına böyük təkan verəcək.

Tədbir çərçivəsində BANM-in professoru Fuad Vəliyev, AMEA-nın Zoologiya İnstitutunun nümayəndəsi Elşad Əsgərov, FHN-nin Azərbaycan Dövlət Əməyinin Mühafizəsi və Texniki Təhlükəsizlik Elm-Tədqiqat İnstitutun direktoru Rüşdi Səfərov, BANM-in fəlsəfə doktoru Sənan Eminov və “Kimya Mühəndisliyi” ixtisasının V kurs tələbəsi, “İlin gənc tədqiqatçısı” müsabiqəsinin qalibi Nicat Qasımov çıxış ediblər.

Tədbirin ədəbi-bədii hissəsində BANM-in tələbələrinin ifasında musiqi nömrələri səsləndirilib, səhnəciklər göstərilib.

Əməkdaşların və tələbələrin əl işlərindən ibarət kiçik bir sərgi təşkil edilib.

Qeyd edək ki, oktyabrın 31-i başlayan elmin populyarlaşdırılması və müasir gənclərin elmi fəaliyyətə fəal cəlb olunması məqsədilə reallaşdırılan “II Azərbaycan Elm Festivalı” 5 noyabr 2016-cı il tarixinə kimi Respublikanın Naxçıvan, Şəki, Sumqayıt və Gəncə kimi bölgələrində həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR