Göyçayda 62 yaşlı kişi evində yanaraq ölüb

Göyçayda 62 yaşlı kişi evində yanaraq ölüb
# 20 fevral 2019 16:14 (UTC +04:00)

Göyçayda yaşayış evində yanğın olub.

ONA-nın şirvan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Natəvan küçəsində qeydə alınıb. Şəhər sakini, 1957-ci il təvəllüdlü Rəmzi Valeh oğlu Mikayılova məxsus evdə yanğın baş verib. Nəticədə ev sahibi aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

İlkin məlumata görə, R.Mikayılov yuxuya gedən zaman əlindəki siqaretdən yatağına od düşüb. Nəticədə R.Mikayılov yanaraq ölüb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR