“Yazıçılar Birliyində qapalı, xəfiyyəvari iş üsulu 37-dən bəri davam edib” - FOTOSESSİYA
- Nə vaxtdan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri işləyirsiniz?
- Dövlət müstəqilliyimizə qarşı ilk çevriliş cəhdinin dəf olunduğu vaxtdan, 1994-cü il oktyabrın 10-dan. Bundan öncə 1990-cı ilin aprelindən çıxan “Vətən səsi” qəzetinin məsul katibi, sonra baş redaktoru kimi ictimai-siyasi həyatın qaynar qazanında idim, mütəmadi olaraq, “Öncə - Vətəndir” devizli, demokratik ruhlu publisistik yazılarla mövqeyimi bildirirdim. Eyni zamanda Bakı Sosial İdarəetmə və Politologiya institutunda Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyirdim. Çevriliş cəhdinin darmadağın edildiyi o gərgin günlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin xeyir-duası ilə Nazirlər Kabineti Aparatında məsul sahələrdən biri olan informasiya idarəçiliyinə dəvət olundum. Budur, artıq 14 il keçir...
- Mətbuat katibi kimi baş nazirlə işləmək nə qədər çətindir?
- Çətinlikdən çox - böyük məsuliyyətdir. Heydər Əliyev idarəçilik məktəbinin layiqli yetirməsi olan baş nazir Artur Rasizadə tələbkar rəhbər olmaqla yanaşı, yüksək mədəniyyətə malik alicənab, həssas, diqqətcil insan, çox vətənpərvər və çox da təvazökar ziyalıdır. İş prosesində o, bürokratizmdən uzaq elmi əsaslara, dəqiqliyə və peşəkarlığa xüsusi önəm verir. Dahi Hüseyn Cavid nəslinin bu görkəmli nümayəndəsi bəlkə də fitrən humanist naturaya malik olduğu, zəngin həyat yolu keçərək insanları və cəmiyyəti yaxşı tanıdığı üçün onun rəhbərliyi altında işləmək həm asandır, həm də böyük məsuliyyətdir.
- Jurnalistlər arasında keçirilən rəy sorğularında bəzən adınız passiv mətbuat xidməti rəhbərləri sırasında yer alır.
- Kənardan kimin haralarda, neçə dəfə görünməsi qiymət orientiri ola bilməz. Bizim iş əmsalının faydalılıq parametrləri “aktivlik”, ya “passivlik” qradasiyalarına bölünmür. Biz nə marafona, nə podiuma çıxmırıq. İşimiz bədii özfəaliyyət yaradıcılığı da deyil ki, hərə bir repertuarla parlasın, şou göstərib populyarlaşsın... Hamımız ümumi dövlət qulluğundayıq. Bu işin əsas göstəricisi isə icranın dəqiqliyi və xidmətin qüsursuzluğudur. Mən qəti əminəm ki, dediyiniz o rəylər dəyişkən, rəyçilər gəldi-gedər, sorğular müvəqqətidir, xidmətində dayandığımız Azərbaycan hökuməti isə daimidir. Bax orientir budur...
- Sizin fəaliyyətiniz niyə belə qiymətləndirilir?
- Mənim Nazirlər Kabinetində 14 illik fəaliyyətim rəhbərlik tərəfindən lazımi qədər qiymətləndirilir və narazı deyiləm. Əksinə, etibar olunan vəzifədə etimadı doğrultmağa çalışıram. Dövlət qulluğunun Baş müşaviri kimi heç vaxt qayda-qanunu, nizam-intizamı, ierarxiya tələblərini pozmuram, vəzifəmə aid olmayan səlahiyyətlərə müdaxilə etmirəm... Mətbuat xidməti strukturunun funksiyalarını düzgün bilməyən, yaxud onu öz xeyrinə yozub özünə əhəmiyyətli görkəm vermək istəyən bəzi qeyri-hökumət institutlarının, qrantla məqsədli tədbirlər, monitorinqlər, sorğular keçirən müstəqil qurumların oyun şərtlərinə və örtülü istəklərinə gəlincə - kəsə desək, mən “ayının dostu” deyiləm... Hansısa müxbirin canfəşanlığından asılı olmayaraq, mətbuat xidmətlərindən onun ala biləcəyi informasiya elə ona verilən qədərdir. Bu gün hansı məlumat ictimaiyyətə çatdırılmalıdırsa, о mütləq çatdırılır.
- Deyirlər yaradıcı adamlar rəsmi qurumlarda işləməkdən sıxılır. Bəs necə olur ki, Sizin kimi yaradıcı bir adam 14 il Nazirlər Kabinetində işləməkdən sıxılmır?
- Əgər idealda irili-xırdalı bütün fəaliyyət növlərinin ali məqsədi vətənə, xalqa, dövlətə xidmətdirsə, belə xidmətə ən yaxın olan adam niyə, nə üçün sıxılmalıdır ki?! Dövlət qulluğu çox ciddi, çox da şərəfli bir işdir. Vaxtilə bu mövzuda “Məmurluq şərəfi” adlı geniş bir məqalə də yazmışdım. Dövlət qulluğu heç də elmi-pedaqoji-yaradıcı fəaliyyəti istisna etmir, əksinə, stimul verir...
- Sizcə, mətbuat xidmətində işləmək üçün tələb olunan ən vacib şərt hansıdır?
- Mətbuatı dərindən bilmək və dövlətçiliyə sədaqətlə xidmət etmək.
- Yaradıcılıq ömrünüz kifayət qədər maraqlı keçib. Hətta gəncliyinizdə özünüzü kino sahəsində də sınayaraq bir neçə filmdə çəkilibsiniz. Bu işin davamı niyə olmadı?
- Heç vaxt sınaq aparmamışam. Həmişə tam ciddiyyətlə və yalnız bacardığım işlə məşğul olmuşam. O yerdə ki dünyanın işləri mənsiz də keçərmiş, mən orda yoxam... Çox vaxt paralel bir neçə sahədə çalışmışam: kino, radio, televiziya, elm, ədəbiyyat, mətbuat, pedaqoqika... Zəhmətkeş arı sayaq bu “pətək-dünyada” taleyimə düşən “şana” elm-sənət ormanından damla-damla saf şirələr toplamışam... Filmə çəkilməyim də həmin sahələrdən biri olan kino fəaliyyətimin bir qoludur. Çox sevdiyim, dəyər verdiyim, əziz bildiyim qolu. Kinoda keçən illərimi həmişə gur projektorlu, səsli-tüstülü çəkiliş meydançasında anidən parlayıb da qeyb olan füsunkar bəxt ulduzu təki xatırlayıram... Ancaq vaxtilə kinoaktyor kimi məşhurlaşmağımın qarşısını özüm aldım. Bəsdir deyib meydandan çıxdım, kameraların önündən arxa plana çəkildim, populyar asılı yaradıcılıqdansa, özümü ifadənin daha məqbul forması kimi guşənişin sərbəst yaradıcılığa üstünlük verdim. Peşman da deyiləm... Ən azı kinoda birgə çalışdığım istedadlı aktyor dostlarımdan bəhs edən və gənc sənətçilərin müntəxəbat kimi oxuduğu “Azərbaycanın müasir kinoaktyorları” kitabını yazmışam...
- Bəs indi filmə çəkilmək təklifi gəlsə necə qiymətləndirərsiniz?
- Həqiqətən böyük kinoda mənə ciddi rollar, gözəl obrazlar qismət olub. Xüsusən, “Tacikfilm” və “Lenfilm” kinostudiyalarının birgə çəkdiyi “Uzun müharibədə qısa görüşlər” filmində Rüstəm, “Azərbaycanfilm”in istehsalı olan “Tütək səsi” filmində Tapdıq, “Arxadan vurulan zərbə”də Fazil müəllim kimi baş rollar... Hər biri də milli kinonun yaddaqalan, bənzərsiz və təkrarsız klassik nümunəsi. Mən bununla fəxr edirəm. Ancaq yenə filmə çəkilmək, çəkiliş prosesinin o ağır, məşəqqətli texniki və yaradıcı əziyyətlərini sırf entuziazmla üzərimə götürmək, sənət idealı naminə yüz cür məişət sıxıntılarına dözmək... bütün bunlar artıq mənim üçün keçilmiş etapdır. Sıra yeni nəsil sənətçilərindir, gəlsinlər, çəkilsinlər, çəksinlər...
- Siz indi cəmiyyətdə öz imzası olan, həmişə cəsarətlə sözünü deyən, tanınmış yazıçı-publisistsiniz. Axır vaxtlar nə yazırsınız?
- Türk dünyasının böyük öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün bənzər həyat yolundan bəhs edən “Böyük ömrün anları” kitabından, “Prezident” və “Dahilər heç zaman qocalmır” esselərindən sonra yazdığım axırıncı “İdrak” kitabımı ad günümdə özümə hədiyyə etmişdim. Oradakı qeydlər, mövzular, ideyalar, süjet və dialoqlar ilk gənclik illərimin yadigarıdır... Şuşanın işğalının 15-ci ildönümündə “Şuşada eşşək otaran erməniyə tragikomik müraciət” üslubunda qələmə aldığım “Ay... erməni!” silsilə yazıları, Həsən bəy Zərdabiyə həsr etdiyim “Mədəniyyət toxumu səpən “Əkinçi” araşdırmasını xüsusi qeyd etmək istərdim. Bu yazılar da çox oxundu, müsbət rəylər gətirdi... Təzəlikcə Qarabağ mövzusunda “Dumanlı dağlar” adlı kinopritça yazmışam. Süjet xəttini evi, ailəsi, yurdu ermənilər tərəfindən vəhşicəsinə darmadağın edilən bir azərbaycanlı qızının düşməndən necə intiqam alması təşkil edir. Gənc kinorejissor Nəsimi Əliyev onun əsasında film çəkmək istədi. Ssenariyə öz rejissor şərhini əlavə edib Kino idarəsinin təşkilatçılığı ilə keçirilən “Bu meydan, bu ekran” müsabiqəsinə təqdim etdi və... müsabiqədən keçmədi. Təəccüblüsü o oldu ki, anonsda müsabiqənin “gənc nəslə vətənpərvərlik ruhu aşılayan filmlər yaratmaq, Qarabağ müharibəsi mövzusunu kino vasitəsilə əks etdirmək” məqsədilə təşkil olunduğu deyilsə də, yekunda bu mövzuya nəzərdə tutulan 3 yer əvəzinə cəmi 2 yer verildi. Mətbuatda isə bunu belə izah etdilər ki, guya Qarabağ mövzusunda lazımi qədər əsər olmadığından cəmi 2 filmə yer ayırmaq məcburiyyətində qalıblar... Bu cür kobud izahat nəinki həqiqətə uyğun deyildi, üstəlik hərbi-vətənpərvərlik və əks-təbliğat baxımından yolverilməz idi. Əksinə, müsabiqəyə hətta Qarabağ mövzusunda heç bir əsər təqdim olunmasaydı belə, bu cür naşı açıqlama vermək olmazdı. Bu informasiya düşmənə mesaj idi ki, baxın, Azərbaycanda daha Qarabağla maraqlanan yoxdur, hətta hökumət 3 kinoya pul ayırır, amma cəmi 2 ssenari zorla tapılır... Belə yaramaz! Əslində əlbəttə belə deyil və bizdə Qarabağ dərdi haqda nəinki əsərlər var, üstəlik bütün xalq hər an Qarabağın azadlığı uğrunda savaşa da hazırdır... Yalnız niyyəti şübhəlilər, kino sənətini bilmədən təsadüfən kinoya daraşan “uğursuz kinoşniklər” Qarabağ tematikasına hürkə-hürkə baxar, “Dumanlı dağlar” kimi vətənpərvərlik ruhu aşılayan, ermənini məğlub duruma salan, ata-babalardan qalma qədim gümüşü xəncərin düşmən köksünə saplandığını göstərən simvolik ədəbi materialı “görməyə” bilər... Başqa nə səbəb ola bilər ki?! Olsaydı soruşanda təqsiri bir-birinin üstünə atıb qaçmaz, seçimin əsas kriteriyasını izah edər, müəlliflərdən gizlənməzdilər... Hər halda tez-gec dövlət vəsaiti xərclənən qalib işlər ortalığa çıxanda “kriteriyanı” görəcəyik. Ancaq mən “Dumanlı dağlar”ın bədii, estetik, kinematoqrafik parametrlərinə də, ictimai-siyasi-ideoloji istiqamətlərinə də imzamla cavabdehəm. Özü də mənim üçün əsas onun ekranlaşdırımasından daha çox odur ki, ədəbi arealda artıq belə bir material var, o yazılıb!.. İnternet saytlarında, mətbuat səhifələrində yayılıb, oxunub, Qarabağ qeyrəti çəkən, sənəti bilənlər tərəfindən dəyərləndirilib...
- Azərbaycanın ədəbi mühitini necə xarakterizə edərdiniz?
- Vaxtilə soydaşlarımızın doğma yurd-yuvalarından, isti ocaqlarından didərgin düşdüyü olaya bənzər... Eynən o vaxtlar qaçqın soydaşlarımız ümid yeri bilib pənah apardıqları AYB-nin qapısından qabalıqla qovulduqları kimi, az sonra əsil ədəbiyyat adamları, istedadlı yazarlar da doğma bildikləri ədəbiyyat ocaqlarından, yazıçı yurdlarından didərgin salındılar... Özgə qapılarında daldalandılar, ac-susuz dizlərinin üstündə yazı yazdılar, bir-birlərinə təsəlli verib özləri-özlərini ovutdular... Əsil ədəbiyyat ədəbi məntəqələrdən kənarda, əsasən mətbuat meydanlarında, media müstəvilərində yaşamını sürdürdü... İstedadlı gənc ədəbi qüvvələr indi məhz KİV vasitəsilə söz sənətinin işığını Azərbaycan ədəbiyyatının sabahına aparırlar... Nə zamansa yəqin bütün istedadlı yazarlar da “işğaldan azad olunan” doğma ocaqlarına qayıdacaqlar...
- Bir vaxtlar AYB ilə aranızda qalmaqal baş vermişdi. Hətta səhv etmirəmsə, Sizi bunun üstündə AYB-dən çıxardılar...
- Mən artıq bir-neçə ildir bu mövzuda danışmağı mənasız sayıram və indi də ona toxunmaq istəmirəm... O vaxt qalmaqal oldu və istedadlı gənc yazarların müdafiəsinə qalxdığım, AYB rəhbərliyini isə yanlış ədəbi siyasətinə görə tənqid etdiyim üçün katiblikdə xəlvəti yığışıb məni AYB üzvlüyündən çıxartdılar... İstəsəydim o savadsız qərarı hüquqi qüvvəsi olmayan makulatura kimi ləğv etdirə bilərdim. Ancaq baş qoşmadım, çünki keçmiş Kompartiya kimi, bu qurumun da nəinki üzvlük biletinin, heç özünün bir əhəmiyyəti qalmamışdı. Mən üzvlükdən çıxarılan nə birinciydim, nə axırıncı. Yazıçılar Birliyində NKVD-sayaq qapalı, xəfiyyəvari iş üsulu 37-dən bəri davam edib. Hətta Mikayıl Müşfiq, Hüseyin Cavid, Əhməd Cavad kimi, Boris Pasternak, Aleksandr Soljenitsın və b. kimi öz sözünü açıq deyən müstəqil düşüncəli, istedadlı qələm adamlarına bu qurumda yer olmayıb... Müasir “AYB” tamaşasının ən maraqlı pərdəsi o oldu ki, mən üzvlükdən çıxarılmağım barədə xəbəri on beş il sıralarında olduğum “elitar” qurumdan yox, APA informasiya agentliyindən eşitdim... Bütün bunları “Üçüncü yazı” adlı kitabımda ətraflı təsvir etmişəm. Vaxtilə dövlət büdcəsindən bəhrələndiklərini sıravi üzvlərdən gizlədərək öz adamlarından başqa heç kimi yaxına buraxmayan AYB rəhbərliyinin sağlam düşüncəli yazarlar tərəfindən rədd edilən eqoist, istehlakçı mahiyyəti faktlarla açılıb, sifətlərindəki zahiri münəvvərlik pərdəsi qaldırılıb, həqiqət aşkarlanıb. Artıq ictimai əhəmiyyətsiz bir qurumun dövranı bitdiyi halda müstəqil, azad, demokratik respublikamızın çağdaş mədəni mühitində rudimental formada asılıb qalması hamıya bəllidir...
- Bir məqama da münasibətinizi bildirməyi xahiş edirəm. O vaxt iqtidarda ola-ola ədəbi müxalifəti müdafiə etdirdiniz. Bunun səbəbi nə idi?
- Yox, siz tamam ayrı simə toxundunuz. Məcburam deyəm ki, mən vaxtilə Ali Partiya Məktəbini fərqlənmə ilə bitirmişəm və dövlət quruculuğu üzrə mütəxəssis diplomu almışam, yəni ictimai-siyasi fəaliyyətdə, rəsmi müstəvidə ideya, ideologiya mübarizəsi nədir - əlifbasına bələdəm... Bu baxımdan AYB ilə çəkişmələr tam mənalı və məntiqli idi. Mən iqtidarda ola-ola məhz ədəbi müxalifəti tənqid edirdim. Baxın, postsovet məkanında bizim dövlət, bizim iqtidar yenidir, demokratikdir, müstəqildir. Bu iqtidarı səmimi qəbul edən hər bir vətəndaş anoloji olaraq yeni, demokratik ruhlu dəyərləri dəstəkləyər, konservativ geriçiliyi rədd edər. Bu aspektdən yeni axının, müstəqil, azad, demokratik düşüncənin qarşısını kəsən AYB-nin özü idi. O ellikcə rədd etdiyimiz, qopub ayrıldığımız əski sovetlərin anti-milli, kosmopolit, kommunist dəyərlərini öz divarları arasında yaşatmağa çalışırdı. Amma keçmiş imperiyanı inkar edib yeni iqtidara bağlanan adamlar o keçmişin təmsilçilərini necə qəbul edə bilərlər? O illərin qalmaqalında pis niyyətli AYB-çilərin kələkbazcasına qələmə verdiyi kimi, gənclərin heç bir şəxsi marağı, təmənna davası-filan yox idi, orada yeniliklə köhnəliyin, totalitar şüurla demokratik düşüncə tərzinin, dünya birliyinə baxan modern zəka sahibləri ilə Moskvaya boylanan geri zəkalıların qarşıdurması, əqidələrin, təsəvvürlərin, təfəkkür tərzinin toqquşması vardı. Respublikamızda son illər yeni ictimai-siyasi düzənə uyğun olaraq dövlət səviyyəsində siyasi, iqtisadi, hüquqi, sosial sferalarda ən radikal demokratik islahatlar aparıldığı, köklü dəyişikliklər baş verdiyi halda, mədəniyyətdə və onun təsirli qollarından biri olan ədəbiyyat sahəsində belə proseslərin getməməsi, XXI əsrdə uzaq 30-cu illərin ibtidai strukturunu dondurub saxlamaq cəhdi nonsens deyilmi? Odur ki, əsl müxalifət elə AYB-nin özü idi və hətta müxalifət qəzetlərinin bəzi köşə yazarları bu mübahisələrdə AYB sədrini canfəşanlıqla müdafiə edib məni tənqid edirdilər. Elə günü bu gün də müxalifətin bir köşə yazarı kumirinin iflasının acığına arada kinli-kinli mən tərəfə laflar atır... Amma karvan öz işindədir. Onsuz da tarixin təkəri öz yolu ilə gedəcək və haçansa kommunizmin bu son “Bastiliyasını” da yarıb keçəcəkdir...
- Gələn il AYB-yə yeni sədr seçiləcək. Bu qurumun rəhbərliyinə namizədliyinizi irəli sürmək fikriniz yoxdur ki?
- Bu gün biz o qurumla qarşılıqlı surətdə bir-birimizi tanımırıq. Ancaq eşitmişəm dostlarımızın nəsə təzə planları var və təzə ildən təzə istiqamətli müzakirələrə təzədən start verməyi düşünürlər... Sağlıq olsun, hadisələri qabaqlamayaq.
- Şuşadan ötrü darıxanda nə edirsiniz?
- Bu gün bu sualın mərdanə cavabı yoxdur. Məşhur bir dövlət xadimi demişkən, “şer yaxşı şeydir, ancaq tüfəng ondan da yaxşıdır”. Qismət olar, ellikcə Qala daşları üzərindən xainlərin murdar qan izlərini silib, Cıdır düzündə sinə dolusu nəfəs dərib, İsa bulağında bir içim suyla könlümüzü sərinlədib yüngülləşəndən sonra sənin bu ağır və ağrılı sualının da cavabını verərəm, inşallah. Ancaq hələlik çarəsizlikdən inləyib-sızlamaqdansa, dişimizi-dişimizə sıxıb sussaq yaxşıdır...

Ədəbiyyat
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib
Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirilib - FOTO
Bakıda Azərbaycan–Litva dostluğuna həsr olunmuş tədbir keçirilib - FOTO