Zəlimxan Yaqub: “İstəsələr, nəyə görə Yazıçılar Birliyinin sədri olmayım?
Xalq şairi Zəlimxan Yaqubun APA-ya müsahibəsi
- Hansı yeni əsərləriniz var?
- İnsan cavan olanda vaxtın xırdalandığını hiss eləmir. Elə bilir ki, həmişə cavan olacaq, dünya durduqca, duracaq. Adam yaşa dolduqca, hiss edir ki, ömür həddindən artıq azdır, ona görə də başlayır vaxtını daha mənalı keçirməyə. Cavanlıq göylərə doğru gedirsə, qocalıq dərinlərə doğru gedir. 60 yaşa yaxınlaşdığım bir vaxta çox ciddi, prinsipial, yaradıcılıq eşqi ilə yaşayıram və çox böyük ehtirasla yazıram. “Aşıq Hüseyn Saraclının dastanı” adlı bir əsər tamamlamışam. Bundan başqa, “Bir kövrək havadır sazımda Kərkük” adlı əsər tamamlamışam.
- Kərkükdən söz düşmüşkən, necə fikirləşirsiniz, orada yaşayan türkmənlərə hansı yolla kömək etmək olar?
- Türkmən-Azərbaycan Federasiyasının başqanı Cüneyid Avca deyib ki, Türkiyə bu məqamda Kərkükə sahib durmasa, özünü də, bizi də, türk dünyasını da itirər. Mən bu fikirlə tam şərikəm. Mən yaxşı bilirəm, türkmən, kərkük azərbaycanlısı nə deməkdir. Borçalıda gedən proseslər yüzdə-yüz Kərkükdə gedir. Beynəlxalq maraqlar Kərkükü sıradan çıxarmaq istəyir. Dünən Qərbi Azərbaycan torpaqlarında baş verən faciələr bu gün çox böyük ustalıqla Kərkükdə baş verir. Bu işdə Azərbaycanın da üzərinə böyük vəzifələr düşür. Ziyalılar səsini qaldırmalı, beynəlxalq təşkilatlara üz tutmalıdırlar. Kərkük türk dünyasının ayrılmaz bir parçasıdır və bu torpağı 1925-ci ildə ingilisin fitvası ilə İraq torpağına qatıblar. İhsan Doğramacı kərküklüdür, mən onunla üz-üzə oturub, bir ananın əkiz balası kimi danışmışam. O mənə gözəl bayatılar oxuyub. Kərkük vətən ola-ola həsrətimizdir, eyni ilə Borçalı kimi... Nadir şahı gorbagor olsun. Torpaqları gürcü çarı İrakliyə hədiyyə etdi. Borçalı bəlasının kökü Nadir şahdan başlayır. Borçalı bir gürcü gözəlinin xalına qurban gedib. Lakin Borçalıdakı vəziyyətlə Kərkükdəki vəziyyət arasında bir fərq var. Borçalıda xristian dininin İslam dininə qarşı mübarizəsi gedirsə, Kərkükdə din yox, millət problemi var.
- Gürcüstan hökumətinin Borçalıda yaşayan azərbaycanlılara mənfi münasibəti son vaxtlar daha qabarıq hiss olunur. Soydaşlarımızın yurd-yuvalarında torpaq əldə edə bilməməsi, dövlət qulluğunda işə götürülməməsi və digər bu kimi hallar mövcuddur. Hətta torpaq üstündə azərbaycanlıları güllələyiblər də... Oradakı vəziyyəti necə dəyişmək olar?
- Borçalı Azərbaycandan kənarda Azərbaycanın ən güclü qollarından biridir. Bu iqtisadiyyatda, siyasətdə mədəniyyətdə də belədir. Zaman-zaman Borçalı döyülüb. Sənin dediyin səsi çıxan güllədir. Səsi çıxmayan güllələrlə borçalılı öldürülür. Yuxarıdan aşağı baxırlar, təhqir edirlər, işə götürmürlər. Bilirsən ki, erməni sənin açıq düşmənindir. Amma elə gürcülər var ki, adama dost deyə-deyə, bildiyini eləyir. Rus kəşfiyyatı Borçalıda sabitlik olmasını istəmir. Hər dəfə Gürcüstanda seçkilər keçiriləndə, insanları üz-üzə qoyurlar. 50 ildir, Borçalı köçürülür, dağılır. Böyük faciələr, bağlı qapılar, paslı qıfıllar gündən-günə artır. Bu gün Azərbaycan prezidenti çox iş görür. Ancaq məmurlar bu işdə prezidentə dəstək verməlidirlər. Qarabağda ən böyük faciəmiz o oldu ki, Füzulidə, Ağdamda döyüş gedəndə, deyirdik ki, gərək, bu torpağın sakinləri gedib vuruşsun. Biz əgər Barçalının Borçalı kimi qalmasını istəyiriksə, bütün Azərbaycan Borçalıya maddi və mənəvi dəstək olmalıdır. Qırmızı Körpü Sərhəd Keçid Məntəqəsinin Gürcüstan hissəsindən Azərbaycandan bu ölkəyə bir yaylıq belə buraxılmır. Bu faciə deyilmi? Mənim bildiyimə görə, yaxın vaxtlarda Borçalıdakı vəziyyətlə bağlı dövlət səviyyəsində müzakirələr aparılacaq.
- Azərbaycan ədəbiyyatının hazırkı durumunu necə xarakterizə edərdiniz?
- Hər bir ədəbi məhsul öz dövrünün aynasıdır. SSRİ dağıldıqdan sonra həyatın bütün sahələrində hərc-mərclik, qarışıqlıq yarandı. Bu mərhələ ədəbiyyatdan da yan keçmədi. Ədəbiyyat adamlarının arasında yolunu azan, çaşan, durğunluq dövrü yaşayan, haqqı tapdanan oldu. Göy çəmənlikdə gedən və birdən-birə səhranın boranına düşən adam nə vəziyyətə düşərsə, şair, yazıçı da o vəziyyətə düşdü. Ədəbiyyat adamı birdən-birə bu çaxnaşmaların qarşısında özünü itirdi. Biz bu qan-qadalı illərdən ancaq müstəqillik qazandıq. Ədəbiyyat pambıq planı deyil ki, yığıb doldurasan. O, illərlə formalaşan proseslərin məntiqi nəticəsidir. Doğrudur, bu illər ərzində bəzi əsərlər yazılsa da, son on ildə “Qətl günü”, “Mahmud və Məryəm”, “Dəli Kür”, “Məşər”, “Dəyirman”, “Ağ Liman” “Kür qırağının meşələri” olmayıb. Həmin əsərlər sözə qapalı münasibət olanda üzə çıxıb. Ədəbiyyatda müstəqillik, əslində, ədəbiyyatın ziyanına olan bir şeydir. Şair sıxılmalıdır. Vaxtı ilə Təbriz deyəndə, təpədən dırnağa göynəyirdik, Süleyman Rüstəmin şerlərini oxuyub ağlayırdıq. İndi Təbriz həsrəti yavaş-yavaş aradan qalxır. Bu mənada ədəbiyyatda bir müddət boşluq yarandı. Amma bu boşluq gələcək doluluğa hamilədir. Bu illər müstəqillikdən başqa, Azərbaycan xalqına heç bir sevinc gətirməyib. Müstəqilliyi qazandıq, ancaq onun sevincini yaşaya bilmədik. Düşmənlər buna imkan vermədi. Bu hisslərin içindən ədəbiyyat özünə böyük bir dərs götürüb. Ancaq sizə deyim ki, bu illər ərzində bəzi əsərlər də yazılıb. Məsələn, Sabir Rüstəmxanlının “Zirvə ölüm” adlı əsərini çox möhtəşəm bir ədəbiyyat nümunəsi sayıram.
- Bu gün ədəbi mühitdə qarşılıqlı ittihamlar, intriqalar güclənib. Gənc ədəbi nəsil yaşlı nəslin ədəbiyyatdan silinib atılmasını istəyir...
- Qarabağ boyda dərdi olan, paralanmış bir məmləkətin vətəndaşının, bu 15 ildə bircə qarış torpağını da geri qaytarmayan bir xalqın ziyalılarının dırnaq boyda belə mənəvi haqqı yoxdur ki, bir-birlərinə hücum etsinlər. Xalq bu hərəkətlərə nifrət edir. Sadə camaat görəndə ki, ziyalılar bir-birlərinə qarşı səlib yürüşünə keçir, ona necə hörmət göstərə bilər? Yaşından, başından, səviyyəsindən, vəzifəsindən asılı olmayaraq, kim-kimin bostanına daş atırsa, bilməlidir ki, bunu həm də xalqın bostanına atır. Mən bilmirəm ki, bunlar Azərbaycan xalqının zəngin mənəviyyatına, adət-ənənəsinə niyə söykəmir? Qoy, onlar bir-birlərini təhqir etməyə sərf etdikləri vaxtı ədəbiyyata sərf etsinlər. Mən yaşlı ədəbi nəslin nümayəndəsini görəndə, həmişə özümü yığışdırmışam. Bugünkü ədəbi gənclik də ağsaqqal yazıçılarımıza qarşı o münasibətdə olmalıdır. Yaşlı ədəbi nəsil də bir az dözümlü olmalıdır. Mən cavanların əl-üzünü yumaq fikrində deyiləm. Onlar bəzən heç bir etik normaya sığmayan sözlər işlədirlər. Hər kəs ağzından söz çıxaranda, öz atasını, anasını, bacısını gözünün qarşısına gətirməlidir. Bu gün ədəbiyyatdan daha çox dedi-qodunun ortada olması həm də bizim görmədiyimiz qüvvələrinin Azərbaycan xalqını təxribata çəkməyindən irəli gəlir. İnana bilmirəm ki, gənclər bu qədər zəhərlənmiş olsun. Bunu hansısa qüvvə edir. Axı, bu gənclər də bir gün qocalacaq. Digər tərəfdən, bu gənclərin yaradıcılığına baxanda, adam heyran olur. Ədəbi gəncliyin çox istedadlı nümayəndələri var. Ancaq bu söyüş nə deməkdir, mən başa düşmürəm.
- Gənclərin Yazıçılar Birliyinin rəhbərliyinin istefasını tələb etməsini, bu yerin onlara verilməsini istəmələrini necə qiymətləndirirsiniz?
- Bu münaqişələrin sosial və maddi problemlərlə bağlı tərəfləri daha çoxdur. Ortada vəzifə, kürsü və maaş davası var. Ancaq bunun özünü də abırlı şəkildə etmək lazımdır. Daha qardaş qırğınına çıxmaq kimə lazımdır? Yazıçılar Birliyi nə bağ, nə də bostandır ki, onu yeyib talayalar. 5 adam bir yerə yığışanda, nə isə bir ocaq başı axtarır. Yazıçılar Birliyi bizim müqəddəs məbədgahımızdır. Biz onu qorumalıyıq. Gənclərin Anarın bu birliyin rəhbərliyindən getməklə bağlı iddialarına gəlincə, Anarın getməyi ilə problem həllini tapmayacaq. Problem Anarda deyil, Yazıçılar Birliyindədir. Sovet dövründə Yazıçılar Birliyi yazıçılara ev, maşın verirdi. Bu gün isə heç nə verə bilmir. Gənclərin narazılığı əsas sosial problemlərlə bağlıdır. Bu narazılıqların qarşısını tamam kəsmək mümkün olmasa da, müəyyən məqamlarla bağlı Anar istedadlı gənclərin haqqında düşünməlidir. Yazıçılar Birliyi ciddi şəkildə fikirləşməlidir ki, bu narazılıqları necə aradan qaldırıla bilər? Ən istedadlı gənclərin siyahısı tutulmalı və dövlət başçısına təqdim olunmalıdır. İdman sahəsində gənclərə göstərilən qayğı ədəbiyyatda da olmalıdır. Bu barədə təkliflər təqdim edilsə, prezident də buna etiraz etməz. İstedadlı gənclərə ev verilə, şərait yaradıla bilər. Yazıçılar Birliyi bu problemi dövlətin qarşısında qaldıra bilər.
- Bəs, niyə eləmir?
- Mən inanıram ki, bu həngamələrdən sonra bunlar da olacaq. Yaşlı nəsillə gənc nəslin arasında ziddiyyəti aradan qaldırmaq üçün hamı ehtiyatlı olmağa, bir-birini təhqir etməməyə çalışmalıdır. Mən hamını sülhə çağırıram.
- O vaxt belə fikir də səslənmişdi ki, ədəbi gəncliyin Yazıçılar Birliyinin rəhbərliyinə qarşı çıxmasında Aqil Abbasla Sizin xüsusi rolunuz var və bu yolla Siz Yazıçılar Birliyinə rəhbər gəlmək istəyirsiniz.
- Rəhmətlik Heydər Əliyevin sözü olmasın “Mən istəmirəm xalq tələb edir”. Allah Anarın canını sağ eləsin, indi o ,ixtiyar yaşındadır. Ondan sonra bu birliyə kimsə rəhbər gəlməlidir. Xalq kimə səs verəcək o, da seçiləcək. Məni seçəcəklərsə, çox saq olsunlar. Səmimi deyirəm ki, ürəyimdən Yazıçılar Birliyinə sədr olmaq istəyinin keçdiyi məqamlar olub. Ancaq bu, xeyir-dua ilə olmalıdır. Doğrudan da, istəsələr, nəyə görə etiraz etməliyəm? Anardan sonra bu posta tərəfsiz insan gəlməlidir. Qurultayda yazıçılar kimi istəyəcəklərsə, onu da seçəcəklər.
- Sizi hakimiyyət şairi hesab edənlər var. Buna münasibətiniz necədir?
- Zəlimxan Yaqub niyə hakimiyyətə yaxındır, nəyə görə Heydər Əliyevə poema həsr edib? Bəyəm, hakimiyyətdə olan insanlar bizim düşmənimizdir? Yüz illər boyu müstəqil olmağı arzulamışıq. Bu hakimiyyətlə mən niyə yaxşı olmamalıyam? Əgər Azərbaycan dövləti gündən-günə güclənirsə, hakimiyyət xalqın taleyini düşünürsə, mən hakimiyyətin yanından qaçıb kimin arxasında dayanmalıyam? Mən kimin arxasında dayanmışamsa, onlar da xalqın arxasında dayanıb. Heydər Əliyevin fədakarlığının ədəbiyyatda əks olunması üçün yüz ömrüm olsa belə, əsirgəmərəm. Çayxanada oturub qeybət etməyə nə var... Mənə iqtidar şairi adını verənlər Azərbaycan dövlətçiliyinin düşmənidirlər. Gedib Amerikadan adam gətirməliyik ki, Prezident Aparatında otursun. Zəlimxan uşaq deyil, çörəyi də qulağına yemir. Heydər Əliyev Azərbaycandan gedəndən gələnə kimi bu ölkədə dərəbəylik olub. Bir ildə dörd dəfə müdafiə naziri dəyişən hakimiyyətinmi yanında olmalıydım? Torpağın yarısını veriblər. Mən balalarıma da vəsiyyət etmişəm ki, İlham Əliyevdən sonra kim hakimiyyətə gəlsə və Heydər Əliyev siyasətinin dostu olsa, dostu, düşməni olsa, düşməniyəm.
- Parlament seçkilərində deputat seçilməməyimiz cəmiyyətdə birmənalı qarşılanmadı. Çoxu bunu Sizin “vurulmağınız” kimi qiymətləndirdi.
- Zəlimxanı heç bir zərbə yıxa bilməz. Deputatlıq dədəmin-babamın adına yazılmayıb ki... İki çağırış millət vəkili olmuşam. Bu gün dövlət Zəlimxanı öz yanında görür və görmək istəyir. Hökm deyil ki, mən deputat olum. Bütün qapılar üzümə açıqdır.
- Sizin şairlikdən başqa, böyük bizneslə məşğul olduğunuz barədə də məlumatlar var. Bu, nə dərəcədə doğrudur?
- 15 il 20 kvadratmetrlik evdə yaşamışam. On il deputat olmuşam, xalq şairiyəm. Yaşadığım evimdən başqa heç nəyim yoxdur. Bu xalqa xidmətinin qarşılığında Zəlimxan Yaqubun 5 qəpiyi də yoxdur. Mənim dəniz kənarında nə bağ evim, nə şadlıq sarayım, nə də göydələnim var. Ancaq namərdlər mənim adımdan istifadə edirlər. Birinin qapısına vergi yığan gələndə, deyir ki, obyekt Zəlimxan Yaqubundur. Kimsə özü ağılda alçağa 5 manat verməmək üçün Zəlimxan Yaqubun adından istifadə edir. Mən daxilən təmiz olmasam, belə ürəklə danışa bilmərəm. Mənim var-dövlətim Azərbaycan xalqının məhəbbətidir. /APA/

Ədəbiyyat
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib
Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirilib - FOTO
Bakıda Azərbaycan–Litva dostluğuna həsr olunmuş tədbir keçirilib - FOTO