Aqşin: “Kafkadan başqa bütün dostlarıma xəyanət etmişəm”
Şair Aqşinin APA-ya müsahibəsi
- Özünüzü təqdim edin...
- Yazıçı Aqşin.
- Niyə məhz yazıçı?
- Sadəcə, yazı yazmaqdan başqa, əlimdən bir iş gəlmir.
- Aqşin yazıçıdır, bəs Yenisey kimdir?
- Yenisey mənim gizli imzalarımdan biridir.
- Bəs gizli imza hansı ehtiyacdan yaranıb? Onsuz da müəllifin kimliyi dərhal bilinir.
- Mən oxumuşam ki, Bolterin 200-ə yaxın imzası olub. Cəlil Məmmədquluzadənin bir neçə imzasının olduğu da hamıya məlumdur...
- Məşhurların çoxlu imzası varsa, gərək sizin də gizli imzanız olsun - bu nədir, bəhsə-bəhs, yoxsa dəblə ayaqlaşmaq?
- Yazdığım yazıların, dediyim fikirlərin hamısının arxasında dururam. İmzamdan asılı olmayaraq, bütün məsuliyyəti daşımağa hazıram. Fikirlərimi izah etməkdən də çəkinmirəm. Məsələn, muğam haqqında niyə məhz belə düşündüyümü lap sakitcə izah edə bilərəm. Düzü, yazılarımı öz imzamla yazmağım həmişə redaksiyaların özündə problemə çevrilib. Yuxarı hakimiyyət, səlahiyyətli şəxslərdən öncə, qəzet redaksiyasının özündə dərhal müzakirə, mübahisə, barışmaz mövqe ilə rastlaşırdım. Bizim mətbuatda bir neçə nəfərin imzası həmişə problemlə qarşılanıb, o cümlədən də mənim. Redaksiya daxilindəki təzyiqdən yaxa qurtarmaq üçün gizli imza ilə yazmağa başladım. Ona görə mən ən primitiv , ən bəsit bir yolu - öz imzamı gizlətmək üsulunu seçdim.
- Ümumiyyətlə, imzanıza, yazıçı adına nə qədər hörmətlə yanaşırsınız?
- Mən yazıçıya, yazıya ibadət edirəm. Mən heç vaxt Allah qarşısında əyilməmişəm, amma istənilən böyük yazıçı qarşısında əyilməyə hazıram.
- Doğrudanmı, xalqın sevgisini qazanmaq hissi və ya itirmək qorxusu sizə yaddır?
- Dünyanın heç bir yerində xalq ədəbiyyat oxumur. Ədəbiyyat ayrı-ayrı adamlar üçün yazılır. Şəxsən mən öz oxucularımı tanıyıram. Onlarla çörək yeyirəm, araq içirəm. Mən heç istəmirəm ki, Azərbaycan xalqının sevgisini qazanım. Mənim yazılarım mənim tərkibimdir, bir hissəmdir. Xalq yazılarımı oxuyandan sonra mənə necə münasibət bildirir-bildirsin, istəyir sevsin, istəyir nifrət etsin. Mən öz işimi görürəm, qoy onlar da öz işlərini görsünlər. Xalqın sevdiyi, bağrına basdığı Qabil 81 yaşında dünyasını dəyişdi. Amma bu boyda xalq şairinin bircə misrası ədəbiyyatda qalmadı. Qaldı?
- Sizin neçə yaşınız var?
- 29.
- Niyə sizə elə gəlir ki, 29 yaşında bir gəncin, iki kitabı çıxan şairin 29 oxucusu ola bilir, 81 yaşında xalq şairinin, 100-dən çox kitabı olan müəllifin 81 oxucusu ola bilmir?
- Mən fikirləşirəm ki, Qabilin, Bəxtiyar Vahabzadənin oxucuları elə öz səviyyələrindədir. Bəxtiyar Vahabzadənin, Qabilin ədəbiyyata dəxli olmadığı kimi, onların oxucularının da ədəbiyyata dəxli yoxdur. Ümumiyyətlə, tipik Azərbaycan yazıçısı ilə tipik Azərbaycan oxucusunun ədəbiyyatdan xəbəri yoxdur. Azərbaycan oxucu ilə Azərbaycan yazıçısı sonsuz ər-arvad kimi öz daxmalarında qalıblar. Onları nə dünya, nə də ədəbiyyat maraqlandırır. Ona görə də mən qarşıma məqsəd qoymuşam ki, azərbaycanlı üçün yox, insan üçün yazacağam. Ömründə 5 kitab oxumuş adam Bəxtiyar Vahabzadənin poeziyasından nə götürə bilər?
- Razılaşın ki, bütün bunlar yalnız subyektiv münasibətdir. Subyektiv münasibətlərin ucadan deyilməsində qəribə nə var ki?
- Mən yazıçıyam. Yazıçı obyektiv ola bilməz ki?
- Özündən əvvəlkiləri bəyənməyən gənc obrazı hamını yorub. Aqşin təzə, maraqlı nəsə tapa bilərdi, bəlkə?
- Ataları bəyənməyən oğul kimi görünmək istəməzdim. Azərbaycan adət-ənənələrinin saf-çürük olunmasını istərdim. İndi adət-ənənələr də hamıya yaltaqlanır. Prezidentlərin ayağının altında qurban kəsilir, belə milli dəyər olar?
- Hörmətlə qarşılanan hər kəsin ayağının altında qurban kəsilə bilər, burda qəribə nə var ki?
- Yox, sevgini qanla bildirməzlər. Sevgiyə, hörmətə görə məzlum bir heyvanın qanını tökmək yüksək dəyər sayıla bilməz.
- Qurbanların, məzlum heyvanın taleyindən belə ağrı ilə danışırsınız. Özünüz isə addımbaşı, qəsdən dünyanın əşrəfi sayılan insanın könlünə dəyməkdən çəkinmirsiniz. Sizin humanistliyinizi necə başa düşmək olar?
- Əbəs yerə deyilmir ki, mədəniyyətin sonu vəhşilikdir. Mən yazılarımda tənqid etdiyim adamların heç birinin burnunun qanamasını istəmirəm. Mən də onun tərəfdarıyam ki, adamların şəxsiyyəti yox, ictimai-siyasi fəaliyyəti tənqid olunsun. Fazil Qəzənfəroğlunun Həcc ziyarətinə getməsi onu tənqid etmək üçün mənə imkan yaradır. Sənin intellektuallığın hara, Həcc ziyarətinə getməyin hara? Ay Fazil Qəzənfəroğlu, nəsildaşların, seçicilərin sənin Avropaya üz çevirməyini gözləyir, sən durub Həccə gedirsən. İndi hamı Avropa ölkəsində yaşamaq istəyir. Bütün Şərq mədəniyyəti insanı o dünya üçün yaşamağa çağırır. Bəs bu dünya? İlk növbədə, bu dünyanı yaşamağı bacarmaq lazımdır.
- Tənqid etmək xoşunuza gəlir, bəs tənqid olunmaqla aranız necədir? Yeri gəlmişkən, ədəbi tənqidə münasibətiniz?
- Ədəbiyyatdan əvvəl tənqid olmalıdır. Əslində şairin, şerin gərək prinsipi olsun. Yoxsa, oturdum araq içdim, kefləndim şer yazdım, noolsun? Yeri gəlmişkən, dünyada heç kim muğama zövq almaq üçün qulaq asmır. Dünya muğama bir şərq abidəsi kimi yanaşır. Onlar Qız Qalasına necə heyrətlə baxırlarsa, muğama da elə baxırlar.
- Niyə düşündüklərinizi kiminsə adından deyirsiniz? Liderlərdən fərqli olaraq, yazıçı yalnız öz adından danışa bilər axı, elə deyil?
- Öz adımdan da deyirəm. Məsələn, sözümün üstündə dururam ki, tənqidçilər şairlərin süfrəsinin çörəyi ilə yazı yazırlar. Bunu hamı görür və bilir. Mən Azərbaycan ədəbiyyatı tənqidində kiminsə şairdən yox, şeirdən yazdığına rast gəlməmişəm. Əsəd Cahangir həmişə mənim özümdən yazır. Mənim şəxsiyyətimin yox, şeirimin oxucuya, ədəbiyyata dəxli var. Tənqidçinin hədəfi gərək şeir olsun. Bizdə isə əksinədir, tənqidçilərin hədəfi həmişə şairlər olub! Yazıçının əlinə baxan tənqidin ədəbiyyata nə dəxli var?
- Əyalətdən paytaxta durub gələn cavan bir oğlanın şeir kitabından yazanda səmimi idilər, amma indi təmənnalı? Sizi tərifləyənlər, kitablarınız haqqında xoş söz deyənlər xeyli çox idi. Doğrudanmı, onları Aqşinin maddi imkanı maraqlandırırdı?
- Mən ona görə şeir yazmamışam ki, kimsə məni tərifləsin. İndi də onlardan incimirəm ki, niyə başqalarını tərifləyirlər. Mən tənqidin üsulu ilə razı deyiləm.
- Siz ədəbiyyatçısınız?
- Xeyr, mən coğrafiyaçıyam.
- Onda bir ədəbiyyat adamı kimi niyə etalon tənqidi yazının nümunəsini göstərmirsiniz?
- Mən bu yaxınlarda yazdığım “Azadlığa Rafiq Tağı” yazısında yazmışdım ki, Azərbaycanda müəyyən istisnaları çıxmaq şərti ilə, hələ müəllif yazısı yazılmayıb. Məsələn, Ramiz Rövşən dilin şairidir. O şeirlərin hamısını dilin diktəsi ilə yazıb. Deyirlər, Səməd Vurğun dili yaradıb, əksinə, dil özü Səməd Vurğunu yaradıb. Azərbaycanda dili məhv edən yazıçılar nəsli yetişməlidir. Yazıçı gərək dili üstələsin, dilin köləsi olmasın. Bu gün dilə ən çox nökərçilik edən şair Ramiz Rövşəndir. Onun şerlərini yazmaq üçün xüsusi istedadlı olmaq lazım deyil.
- Onda dil niyə başqasını yox, məhz bu adamı seçir?
- Yox, əlbəttə, seçilmək söhbəti var. İnsanın məzmunda ilkin istedad olmalıdır.
- Sizcə, yazıçı məşhur olmalıdır?
- Faiq Ağayev kimilərinin məşhur olmağındansa, intellektual bir yazıçının tanınmağı daha düzgün olardı.
- Sevdiyiniz yazıçı obrazı...
- Mənim üçün ən sevimli yazıçı obrazı Kafkadır. Biz eyni dövrdə yaşasaydıq, böyük məmnuniyyətlə, onunla dostluq edərdim.
- Özüylə dostlaşa bilməyən bir adamla siz dostluq edə bilərdiniz ki?
- Yox, biz hökmən dil tapa bilərdik. Kafkanın əsərləri mənim stolüstü kitablarımdır. Ən yorğun vaxtlarımda mən Kafkanı oxuyuram.
- Sizcə, öz müəllifinə müsbət enerji verə bilməyən yaradıcılıq oxucusuna həyat bağışlaya bilər?
- Mən Kafkanı oxuyanda, yaşadığım hissləri sözlə deyə bilmirəm. Dünyada intihar etmiş yazıçılar var. Onların hamısını qınaya bilmərik ki? Mənə elə gəlir ki, Kafka hamıdan çox yaşamaq istəyirdi. Onun ürəyində olan yaşamaq ehtirası Kafkanı öldürdü.
- Sizin sevimli yazıçınız ədəbiyyata dəxli olmayan hər şeydən yorulurdu. Siz isə heç kimin bostanını daşsız qoymaq istəmirsiniz... Bu nədir, ədəbiyyata xidmət, yoxsa məşhur olmaq ehtiyacı?
- Yox, mən də yazılarımı məşhurluq üçün yazmıram. Yazıçı istənilən məsələyə münasibət bildirməlidir. Mən Azərbaycanın populyar yazıçısı olmaq istəmirəm. Ciddi yazıçının əsərinin motivi ictimai-siyasi hadisələr olmalıdır. Yazıçılar öz içlərini yox, çöllərini yazmalıdır. İnsanlar həbs olunur, tutulur...
- Siz başa düşülürsünüz?
- Başa düşülməyən adamlar heç kimi başa salmaq istəmirlər. Kimisə başa salmaq iddiam yoxdur. Mən də sizin birinizəm. Amma muğam, Novruz bayramı, qoyun qurbanı haqqında belə düşünürəm.
- Sizcə, kiminsə sizə qərəzli münasibəti var?
- Sözsüz ki, mənə heç bir təzyiq-filan yoxdur.
- Bizim Azərbaycan ədəbiyyatında kimi özünüzə dost bildiniz, kimi sevdiniz?
- Mənim Anar, Ramiz Rövşən, Əkrəm Əylisli, Vaqif Bayatlı, Yusif Vəzir Çəmənzəminli ilə dostluğum olub. Amma bütün bunlar müvəqqəti idi, keçdi, getdi. Kafka ilə dostluğum isə əbədidir. Qalan bütün dostlarıma isə xəyanət etmişəm.
- Çexovun albalı yeyən qəhrəmanına niyə bu qədər oxşayırsınız?
- Hə, oxumuşam, Çexovun gənc qəhrəmanı hamını soyuqqanlılıqla duelə çağıran, öldürən gəncdir. Yaşa dolandan sonra, özünü xoşbəxt saydığı bir gün onu duelə çağırırlar... İnanın mənə, mən heç vaxt gənc olmamışam. Ömür boyu da gənc olmağı arzulamışam... /APA/

Ədəbiyyat
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib
Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimat mərasimi keçirilib - FOTO
Bakıda Azərbaycan–Litva dostluğuna həsr olunmuş tədbir keçirilib - FOTO