Musa Yaqub: “Buynuzlular millət vəkilləri yox, şairləri Musa Yaqubla fəxr edirlər”
- Şair Musa Yaqubun yaradıcılığı haqqında həmişə xəsisliklə söz deyən ədəbi tənqid 70 yaşınızı hamıdan öncə təbrik elədi...
- Tənqidçi Vaqif Yusiflinin “Yaxşı ki sən varsan...” kitabı yenicə nəşr olunub. İndi kitab çap etdirmək həqiqətən də xeyli çətinləşib. Ədəbiyyatşünas Qurban Bayramovun da 70 yaşımla bağlı yazdığı kitabı bu günlərdə işıq üzü görəcək. Mənim də bir kitabım çapdan çıxasıdır. Bütün yaradıcılığımı bir yerə toplayıb adını da “Cəm” qoymuşam. “Bu dünyanın qara daşı göyərməz ” başlığı altında çap olunacaq “Cəm” toplusu da 70 yaşıma bir hədiyyədir. Yubiley tədbirlərində vacib olan, yadda qalan kitabların nəşridir. Yubiley söhbəti ortaya çıxandan hamının birinci sualı bu olur ki, doğrudan, 70 yaşın var? Yetmişin gəlişi mənim üçün lap qəribədir. Bütövlükdə diqqətdən, ədəbi tənqiddən, eldən-obadan narazı deyiləm. Son vaxtlar bir az qarışıq vaxta düşüb. Əvvəllər bir televiziya kanalı, bir qəzet vardı, baxan kimi hamı səni görürdü. İndi telekanallar da çoxalıb, qəzetlər də, üstəlik respublikanın ağrıları, qayğıları da artıb. Ona görə bəzən bu qayğıların içində ədəbiyyat, mədəniyyət unudulur, yaddan çıxır.
- Bir vaxtlar Sizi, əyalətdə, ev-eşiyində oturan bir şairi ədəbi aləmə gətirən dostlarınız oldu...
- Məni diqqətdə saxlayan dostlar, oxucular olub. Kitabımın çapına da kömək eləyirlər. “Məhəmməd Hadinin şeir bazarı” adı bir şerim var. Onda Hadinin şeir satması mənə qəribə gəlmişdi. Heç təsəvvürümə gətirməzdim ki, bir gün biz də Hadi kimi şeirimizi satmaqla məşğul olacağıq. İndi şair əməyi çox ucuzdur. Şeiri yazandan sonra üzün köçürtməliyəm, aparıb mətbəəyə verməliyəm, kitab çıxarmalıyam, hamısı da öz hesabıma. Bu kitabı da sata bilmirəm, onu dostlara bağışlamalıyam. Dünyanın hər yerində şairin kitabı çıxırsa, o, haqqını alır. Bizdə konkret haqq yoxdur. Bizim ölkəmizdə də kitab satışının strukturu dəyişməlidir. İndi, bax belə bir vaxtda diqqətdə qalmaq, azacıq da olsa yada salınmaq böyük işdir.
- Həmişə eyni ruhla yazırsınız. Bu lirika Sizi yormayıb?
- Biri mənə təbiət şairi deyib, biri lirik şair, amma diqqətlə baxıb görürsən ki, bu lirikada bizim dərdimiz var. Lirika dünyanın dərdini, narazılığını sənin ürəyinə elə yükləyir ki, sən onu bir avazla, bir səslə duyursan. Lirika ən böyük hissi, duyğunu açan, cəmiyyətin ən böyük ağrısını, dərdini çatdıran şeir formasıdır, düşüncə tərzidir. Ona görə də bizi yormaz.
- Siz siyasətdə oldunuz. Siyasət taleyinizdə bir mərhələ olsa da, yaradıcılığınızda bir səhifə olmadı, niyə?
- Mən əyalətdə, evimdə oturmuşdum. Çağırdılar, məsləhət bildilər, məni millət vəkili seçdilər. Milli Məclisdə 4-5 il fəaliyyət göstərdim. Bir də başa düşdüm ki, ətrafımda baş verənləri, Milli Məclisdə olanları mən çoxdan görmüşəm. Yəni eşitdiyim gileylər, şikayətlər mənə tanış idi. Milli Məclisdə gördüklərim ürəyimi çox sıxdı. Millət, xalq deyən məmurların çoxunun ürəyində bu sevgi yoxdur. İnsanların çoxuna gendən baxanda sənə xoş görünür, yaxınlaşanda tamam başqa olduqlarını görürsən. Siyasət də məni əvvəl cəlb elədi, sonra gördüm ki, yox, bu mənlik deyil. Yaradıcılığımda isə... Əslində, ictimai mövzulu şeirlərim həmişə olub, amma lirika hamısını üstələyib. Yaradıcılığıma daxil olan mənim ürəyimin içindən keçən təbəddülatdır. Mən hər yerdə ürəyimlə işləməmişəm. Bəzən ayaqla işləmişəm, bəzən əl-qolla...
- ADP-nin keçmiş qurultayında çıxış əvəzinə şeir oxudunuz. Buna səbəb siyasətdən yorulmağınız idi?
- Mən istəyərdim ki, siyasət, məhəbbət, giley sözünü də şeirlə əvəz edək. Şeir sənin ürəyinin əsl sözü olur. Mənim siyasətim də, sözüm də şeirlərimdir. Şeir şairin həm tərcümeyi-halıdır, həm də dünyaya sözü, həyata baxışıdır.
- İndi də Söz Azadlığının Müdafiə Fondundansınız. Bu da yenə siyasətlə məşğul olmaq deyilmi?
- Söz Azadlığının Müdafiə Fondu qeyri-hökumət təşkilatıdır. İstədim, müəyyən informasiyaların yayılmasına, mətbuatda yayılmış dünya təcrübəsinin əsas formalarına, sözün bugünkü cəmiyyətdəki yerinə münasibət bildirək. İndi ən əsas məsələ budur ki, sözü eşitmirlər. Söz eşidilməyəndə nə azadlıq olur? Söz eşidiləndə, ona məhəl qoyulanda hörmətli olur. Sözə olan bu biganəlik məni qorxudur. Söz Azadlığının Müdafiə Fondunun bir nöqtəsi kimi nəsə bir iş görmək istəyirəm.
- Buynuzu bütün Azərbaycanda tanıtdınız, bu danılmazdı. Bu kənd üçün başqa neyləyə bildiniz?
- Bir-iki xırda-para köməyim oldu. Amma mən millət vəkili olanda bizim işimiz-gücümüz qanunlar işləmək idi. Buynuzlular millət vəkilləri yox, şairləri Musa Yaqubla fəxr edirlər.
- Şeirlərinizin birində yazırsınız: “Qoy, oturum bir daşın üstdə, görüm bu dünya hara gedir?” Artıq 70 yaşdasınız. Sizcə, bu dünya hara gedir?
- Kənddə mənim elə bir daşım var. Onun üstdə həmişə oturub bu dünyanın hara getməsi barədə fikirləşirəm. Amma bu sualın cavabını tapa bilmirəm. Mənəvi-əxlaqi keyfiyyətləri elə bil ki, əlimizdən tamam alıblar. Bu yaxınlarda bizim suvenir satılan dükanların birində oldum. Baxırsan ceyrandır, amma gözü tülkü gözü. İndiki adamlar ceyrana tülkü gözü qoyurlar. Amma dünyanın bir haqq tərəzisi var. Bu tərəzinin gözləri birdən əyilsə də, sonra yavaş-yavaş düzəlir...
- Ömrünüzün geridə qalan hissəsi barədə xatirə, memuar yazmaq fikriniz yoxdur ki?
- Bu ömrü məndən yaxşı bir yerə toplayan olmaz. Amma mən belə işlərə yaman tənbələm. Ümumiyyətlə , əzəldən məndə belə təsəvvür yaranıb ki, əlimə qələm alıb yalnız şeir yaza bilərəm. Düzdür, dostların şeirləri könlümə yatanda onlar haqqında bir neçə kəlmə söz yazmışam. Oturub uşaqlığın o ağır illərini yazıya gətirmək, müharibədən sonrakı aclığı və ümidin böyüklüyünü, həyatımda olan yaxşı adamların qayğısını yazmaq istərdim. /APA/
Ədəbiyyat
Nazir müavini: XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox müxtəlif səpkili tədbirlər keçiriləcək
XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib - FOTO
Sevda Tahirli: Babam Mirzə Ələkbər Sabir haqqında doğru sandığımız, amma yanlış olan bəzi məsələlər var - MÜSAHİBƏ
“Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə onlayn səsvermə başlayıb
Xəbər Lenti
Çexiya Prezidenti Rusiyanın sülh danışıqlarına hazır olmadığını bildirib
Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır
Tramp Rusiya və Ukraynaya qarşı 200 faizlik rüsum tətbiq edə biləcəyini bildirib
Almaniya qışa hazırlıq üçün əlavə qaz tədarükünə 245 milyon avro ayırır
Dövlət Bağçalı: Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması həyati əhəmiyyət daşıyır
NYT: ABŞ senatorları Trampın irəli sürdüyü namizədlərin təsdiqini əngəlləyə bilərlər
Tramp İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəklərini açıqlayıb
İlon Mask Ukrayna elitasını Qərb yardımları hesabına varlanmaqda ittiham edib
BVF: Ukraynanın 2027-ci il büdcəsi üçün əlavə 30–35 milyard dollar tələb olunur
Niderlandda güclü fırtına səbəbindən 40-dan çox aviareys ləğv edilib
Bloomberg: ABŞ və Böyük Britaniya arasında Ukrayna və İran məsələlərinə görə fikir ayrılığı yaranıb
Avropa İttifaqı Ukrayna ilə bağlı sülh danışıqlarına qoşulmaq istəyir
Zaqatalaya güclü leysan və dolu yağıb - VİDEO
ABŞ strateji ehtiyatlarından 400 min barel neft ayıracaq
Moldova Rusiya diplomatını ölkədən çıxarmaq qərarına gəlib
Polşa ABŞ-ın hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır
Cəlilabadda 10 hektar ərazini əhatə edən yanğın söndürülüb
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqlayıb
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət daşıyır
Pentaqon qırıcı təyyarə sürəti ilə hərəkət edən naməlum uçan obyekt barədə sənədlər yayıb
Yaşar Gülər: Türkiyə husilərlə hərbi toqquşmaya girməyəcək
Hindistanın xarici işlər naziri Bakıda tarixi Atəşgah məbədini ziyarət edib
“Bavariya”nın baş məşqçisi huşunu itirib, helikopterlə xəstəxanaya çatdırılıb
Rusiya Xerson istiqamətində atəşkəs elan edib
Dünyanın ən böyük sərnişin təyyarəsi dron təhlükəsindən sonra Moskvaya enə bilib - YENİLƏNİB
Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb
Keniyada tikilməkdə olan 12 mərtəbəli bina çöküb
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
“SOCAR Petroleum” şimal rayonlarında yanacaq qıtlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Tramp: ABŞ İranla müharibəni tezliklə bitirə və ya iqtisadi təzyiqi davam etdirə bilər
XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
Ukrayna hava şarları ilə idarə olunan PUA-larla Moskva aeroportlarına hücum edib - VİDEO
Gürcüstanda “Keşikçidağ”la bağlı yalan məlumatlar yayan jurnalist həbs edilib
Netanyahu: İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata hazırlaşır
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya şamil olunmadığı əməliyyatlar müəyyənləşib
Qeyri-neft-qaz mallarının Azərbaycan mənşəli olmasının müəyyən edilməsi Qaydası təsdiqlənib
Qəzza üçün yığılan zəkatı birja fondlarına yatırıb, zərər edən Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən qovulub
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Şərurda anbarda yükün aşması nəticəsində bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
Bakı-Qazax yolunda TIR yanıb - FOTO
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqlənib