"DəmirBank"a ilin əvvəlindən 140 mln. manatdan çox əmanət yerləşdirilib

"DəmirBank"a ilin əvvəlindən 140 mln. manatdan çox əmanət yerləşdirilib
# 16 sentyabr 2016 13:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2016-cı ilin başlanğıcından 4 mindən çox müştəri tərəfindən "DəmirBank"a manat ekvivalentində 140 milyondan çox vəsait yerləşdirilib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bu isə bazardakı vəziyyətdən asılı olmayaraq müştərilərin "DəmirBank"a qarşı olan inam və etibarının göstəricisidir.

Bu göstəricinin digər səbəbi "DəmirBank"ın daim müştərilərin tələblərinə uyğun, çox sərfəli şərtlərlə müxtəlif əmanət növləri təklif etməsidir. Belə ki, hazırda USD əmanətləri üzrə illik 9%, AZN əmanətlərini isə illik 17%-dək yerləşdirmək mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə "Əmanətlərin sığortalanması haqqında" qanunun şərtlərinə müvafiq olaraq əhalinin "DəmirBank"da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR