Daşkəsən sakini ağacdan yıxılaraq ağır xəsarət alıb

Daşkəsən sakini ağacdan yıxılaraq ağır xəsarət alıb
# 30 sentyabr 2015 14:53 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli - APA. Daşkəsən rayon sakini ağacdan yığılaraq ağır xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Almalı kənd sakini, 1946-cı il təvəllüdlü Bərxudar Ələsgərov qabırğaların sınığı xəsarəti ilə ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Məlumata görə, yaşadığı evin həyətində meyvə ağacına çıxan B. Ələsgərov oradan yıxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR