Nazirlik: Nəqliyyat müfəttişlərinin bir qismi ixtisara düşəcək

Nazirlik: Nəqliyyat müfəttişlərinin bir qismi ixtisara düşəcək
# 20 oktyabr 2015 15:12 (UTC +04:00)

"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

"Sözsüz ki, müfəttişlərin hamısı Nəqliyyat Nazirliyində qalmayacaq. Bizdən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra əməkdaşlarımız orada işlə təmin olunacaq", - deyə nazir müavini bildirib.

M. Pənahov "işsiz qalanlar olacaqmı" sualına bu cür cavab verib: "Təbii ki, onların hamısını işlə təmin etmək mümkün deyil. Hesab edirəm ki, işsiz qalanların sayı az olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR