Tovuzda toyda dava olub, Rusiya vətəndaşı xəsarət aıb

Tovuzda toyda dava olub, Rusiya vətəndaşı xəsarət aıb
# 09 sentyabr 2016 20:18 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda toyda dava zamanı Rusiya vətəndaşı döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün rayonun Qovlar şəhərində qeydə alınıb.

Şadlıq sarayında keçirilən toy məclisində qonaq qismində iştirak edən Rusiya vətəndaşı, 1982-ci il təvəllüdü Roqov Mixail Vladimiroviç müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR