Qadının üzərinə kimyəvi məhlul atan şəxslərin apellyasiya şikayəti təmin edilməyib

Qadının üzərinə kimyəvi məhlul atan şəxslərin apellyasiya şikayəti təmin edilməyib
# 22 iyun 2017 19:38 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vüqar Kərimov və Tural Hüseynov barələrində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Kərimov 9 il, Tural Hüseynov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Apellyasiya şikayəti həmin hökmdən verilib.

Hadisə Pirallahı rayonunda baş verib. Adı çəkilən şəxslər Nuranə Hüseynovanın üzünə kimyəvi məhlul atmaqda təqsirləndirilir. Nəticədə qadın bir gözünü itirib.

Pirallahı rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi istintaq hərəkətləri zamanı cinayəti törədən şəxslər, qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçisi - 1987-ci il təvəllüdlü Tural Hüseynov və icraçı – 1981-ci il təvəllüdlü Vüqar Kərimov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR