ABŞ-da yeni divarların tikintisi məqsədi ilə prototip sərhəd divarları sökülür

ABŞ-da yeni divarların tikintisi məqsədi ilə prototip sərhəd divarları sökülür
# 28 fevral 2019 09:57 (UTC +04:00)

ABŞ-da Meksika ilə sərhəddə yeni divarların tikintisi məqsədi ilə prototip sərhəd divarları sökülür.

ONA-nın ABŞ müxbiri xəbər verir ki, daha əvvəl prezident Donald Trampın təşəbbüsü ilə Kaliforniya Ştatının San Dieqo şəhərində cənub sərhədi boyunca ucaldılan prototip divarların yerinə yenisi tikiləcək. “Bu prototip modellərinin test və qiymətləndirilməsi başa çatdığı üçün sökülür ",- deyə ABŞ-ın gömrük və sərhəd nəzarətinin əməkdaşı Ralf De Sio bəyan edib.

Divarın dözümlülüyünü yoxlamaq məqsədilə xüsusi qüvvələr müxtəlif texnikalardan istifadə edərək maneəni keçməyə cəhd ediblər. 8 prototip üzrə testlərin maliyyə dəyəri 300- 500 min ABŞ dolları dəyərində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR