Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 4,4% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları bir ildə 4,4% artıb
# 16 iyul 2015 06:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 765 mln. 337,34 min manat təşkil edib.

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 mln. 527,42 min manat və ya 4,43% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 215 mln. 874,41 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 408 mln. 457,96 min manat, aksizlər üzrə 41 mln. 468,98 min manat, yol vergisi üzrə isə 9 mln. 535,99 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR