Bakı-2015: Daha 5 boksçumuzun 1/8 final sınağı

Bakı-2015: Daha 5 boksçumuzun 1/8 final sınağı
# 20 iyun 2015 22:19 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 1/4 finala gedən yolda daha 5 çəkidə döyüşlər baş tutacaq.

Bunun 4-də kişi, 1-də qadın boksçular mübarizə aparacaqlar. Azərbaycan yığmasının üzvləri bu gün keçiriləcək bütün çəki dərəcələrində rinqə çıxacaq.

Boks

21 iyun

Kişilər

64 kq

1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçi mübarizədən kənarlaşdıran Lorenzo Sotomayor bu dəfə moldovalı Dmitri Qalaqotu sınağa çəkəcək. Kuba əsilli boksçumuzla Avropa çempionatının mükafatçısının görüşü saat 20:30-a təsadüf edəcək.

69 kq

Mübarizəyə bu gündən qoşulacaq Pərviz Bağırovu 1/8 finalda ciddi sınaq gözləyir. 21 yaşlı boksçumuz əvvəlki döyüşündə Anas Messaudini məğlub edən London-2012-nin iştirakçısı olmuş moldovalı Vasili Belusla qarşılaşacaq. Avropa çempionumuz rinqə saat 14:15-də çıxacaq.

75 kq

Bu çəkidə Azərbaycanı təmsil edəcək Xaybula Musalov ilk qarşılaşmasını fransız Kristian Haller-Assomo Mbilliyə qarşı keçirəcək. 1/16 finalda moldovalı Avropa üçüncüsü Viktor Çarapçevşiyə qalib gələn 20 yaşlı idmançı ilə döyüş saat 21:00-da olacaq.

91 kq

Azərbaycan boksçusu Abdulqadir Abdullayev macarıstanlı Adam Hamori ilə gücünü yoxlayacaq. Təmsilçimiz 1/16 finalda slovakiyalı Erik Tlkaneçi mübarizədən kənarlaşdıran rəqiblə saat 15:30-da döyüşəcək.

Qadınlar

60 kq

Qadın boksçularımızdan Yana Alekseyevna 1/8 finalda kifayət qədər təcrübəli finlandiyalı Mira Potkonenlə üz-üzə gələcək. 27 yaşlı idmançımız özündən 7 yaş böyük olan rəqiblə saat 13:30-da münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycan millisinin boksçularından Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq), Məhəmmədrəsul Məcidov, (+91 kq), Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) artıq adını 1/4 finala yazdırıb. Həmçinin, Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) da yarışa bu mərhələdən başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR