Azərbaycan neft məhsullarının istehsalını 10% artırıb

Azərbaycan neft məhsullarının istehsalını 10% artırıb
# 18 may 2015 12:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,0% artaraq 855,8 mln. manat olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin dörd ayında ölkədə 401,5 min ton avtomobil benzini istehsal olunub. Bu, 2014-cü ilin eyni ayları ilə müqayisədə 0,3% çoxdur. Nəticədə bu ilin mayın 1-ə 69,0 min ton məhsul ehtiyatı yaranıb.

Ötən dörd ay ərzində ölkədə 1 117,6 min ton dizel yanacağı istehsal olunub ki, bu da daha əvvəlki ilin dörd ayı ilə müqayisədə 50,2% çoxdur. Nəticədə bu ilin mayın 1-ə 87,6 min ton məhsul ehtiyatı yaranıb.

Yanvar-aprel aylarında Azərbaycanda ağ neftin istehsalı 12,2% azalıb. Belə ki, ötən aylar ərzində ölkədə 231,0 min ton ağ neft istehsal olunub ki, bu ilin mayın 1-ə 43,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən aylar ərzində ölkədə neft bitumunun istehsalında azalma var. Ötən aylar ərzində Azərbaycanda 48,9 min ton neft bitumu istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 47,2% azdır. Nəticədə mayın 1-ə 15,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin dörd ayında ölkədə sürtgü yağlarının istehsalı ötən ilin yanvar-mart ayları ilə müqayisədə 74,1% azalıb. Belə ki, 4 ərzində 4,2 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin mayın 1-ə 15,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım var. Belə ki, ötən aylar ərzində 71,2 min neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 69,1% çoxdur. Nəticədə bu ilin aprelin 1-ə 2,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Ötən 4 ay ərzində Azərbaycanda 1,8 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 97,3% azalma deməkdir. Nəticədə bu ilin mayın 10,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il həmçinin Azərbaycanda yanacaq qazoylunun istehsalı 3,9 dəfə artıb. Belə ki, bu ilin yanvar-aprel aylarında ölkədə 361,2 min ton yanacaq qazoylu istehsal edilib ki, nəticədə də bu ilin aprelin 1-ə 11,7 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR